Salyan Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin “yaşıl patrul” dəstəsinin üzvləri dərslərini yaxşı mənimsəməklə bərabər rayonda ekoloji istiqamətdə həyata keçirilən layihələrdə də yaxından iştirak edir və şəhərimizin, xüsusən Kür çayı sahilində təmizlik aksiyaları kecirirlər.
Bu yaxınlarda təbiət dostları Kür çayı sahilində yeni xan cinarı tinklərinin əkilməsində iştirak etmişlər. Yaradıcılıq mərkəzinin direktor müavini İlhamə Xudazarovanın rəhbərliyi ilə keçirilən ağacəkmə kompaniyasında 15 nəfərdən çox məktəbli və müəllim iştirak etmişdir. İ.Xudazarova bildirmişdir ki, rayonunda fəaliyyət göstərən “Ana Kür” ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyi fevral ayından başlayaraq “Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi” layihəsini icra edir. Layihədə dəyirmi masa və ekoturlarla yanaşı, həm də Kür çayı sahillərində vaxtı ilə Tuğay meşələri olmuş ərazilərdə yeni ağacların əkilməsi nəzərdə tutulmuşdur.Artıq burada 150 ədəd qovaq tinkləri əkilmişdir.
Bizim təbiətsevərlərimiz də bu işə dəstək vermək fikrində oldular və beləcə çay sahilində yeni çinar ağacalrı əkdik. Bu işdə müəllilərimizdən Gülzar Məmmədova,Pərvin Əliyeva, “yaşıl patrulçu”lardan Güldəstə Sadıqova,Heydər Əliyev,İlqar Nəcəfov,Məhəmməd Məmmədli və başqaları fərqlənmişlər.
Yeni əkilmiş ağaclar budanmış və suvarılmışdır. Könüllülər tərəfindən ekoloji xidmət davam etdiriləcəkdir.