Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdyi “Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi” layihəsinin köməyi ilə bölgədə ekoturizmin təbliğini davam etdirir. İcyimai birlik indiyə kimi Şirvan Milli Parkının ərazisinə yaxın olan kənd orta məktblərində maarifləndirici tədbirlər icra etmiş və Kür çayı sahillərində məhv olmuş Tuğay meşələrinin ərazilərində yeni qovaq və cinar ağacları əkilməsunə dəstək olmuşlar.
Layihənin icra planına uyğun olaraq Şirvan Milli Parkına və Babazanan dağı ətrafına ikinci ekotur Milli Pakda baş tutmuşdur. Tədbirdə Salyan rayonunun yerli QHT və KİV təmsilçiləri,Rayon Ziyalılar Biliyinin rəhbəri, Yenikənd kənd tam orta məktəbinin şagird və müəllim kollektivi yeli sakinlər iştirak etmişlər.
Parkın ekoturizm mərkəzində tədbir iştirakçıları üçün maarifləndirisi təlim keçirilmişdir. İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov bildirmişdir ki, icra olunan layihənin ideyası Şirvan Milli Parkının və Babazanan dağı ərazisinin ekoloji imkanlarını təbliğ etməklə biomüxtəlifliyin bərpa olunması, bütövlükdə ətraf mühitin qorunması təçəbbüslərinə vətəndaş cəmiyyətinin tövhələrini artırmaqdır. Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev tur iştirakçılarına mənalı istirahət arzulamışdır.
Ekotur iştirakçıları Milli Parkın daha çoz ziyarətçi qəbul etdiyi ”Flaminqo gölü” marşurutu ilə hərəkət etmiş və iştirakçılar buradakı fauna və flora nümunələri ilə yaxından tanış olmuşlar. Park bələdçiləri Hikmət Qənbərov ekotur iştirakçılarınını maraqlandıran suallara cavablar vermişlər.
Üç saatdan çox davam edən ekotur zamanı iştirakçılara sürücü xidməti, isti yemək, çay, su və digər zəruri ictimai iaşə xidmətləri göstərilmişdir.
Layihənin növbəti turları Babazanan yüksəkliyindəki qədim insan məskənləri, palçıq vulkanları, nadir “Şor su” bulağı və digər təbiət abidələrinin yerləşdiyi ərazilər olacaqdır.


