Xəzər dənizinin sahilində, Mahaçqalanın Kirovski rayonunda 700-ə yaxın suiti cəsədi tapılıb.
Anakur.az xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi məlumat yayıb.
Cəsədlər neft bazasından Sulak çayının mənsəbinə qədər olan ərazidə aşkar edilib. Ölən heyvanların sayının artacağı istisna olunmur.
Müfəttişlər Dağıstanda Xəzər dənizinin sahillərini araşdırır.
"Hazırda ölümün ehtimal olunan səbəbləri müəyyən edilməyib. Bu məqsədlə laboratoriya testləri aparılacaq və məlumatlar toplanacaq", - deyə açıqlamada qeyd olunub.