Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub
Fevralın 20-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor və Viləşçayın Şıxlar məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Təngərüdçayın Vaqo məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 155 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 91 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 19 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 25 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 36 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 6 faiz çoxdur.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 70 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 12 faizinə bərabərdir/ Hazırda sululuq keçən il ilə müqayisədə 25 faiz çoxdur.
Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 115 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 52 santimetr təşkil edib.