


İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov layihənin məram və məqsədlərindən danışmış layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları layihənin fəaliyyət planı ilə tanış etmişdir.
Tədbirdə Salyan Rayon İcra hakimiyyətinin məsul nümayəndəsi Məhərrəm Məmmədov, Şirvan Milli parkının direktoru Seymur Kərimov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi aparıcı mütəxəsisi Gülhüseyn Ağayev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Məhəmməd Ağayev, Salyan Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, QMƏVŞİ ictimai birliyinin Salyan filialının sədri Arif Əsgərov, RİH yanında İctimai Şuranın üzvü Sevinc Bünyatova, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, rayonun ”Qələbə”qəzetinin əməkdaşı Əzizağa Məmmədli veteran ekoloq Nadir Rüstəmov, şəhər sakini Vaqif İslamov və başqaları çıxış edərək icra olunacaq layihənin aktuallığından danışmış və bu istiqamətdə Azərbaycan Respublikasının istər yerli, istər regional, istərsə də beynəlxalq miqyasda iqlim dəyişiliklərinin doğurduğu fəsadların aradan qaldırılmasında təcrübəsindən danışmışlar. Qeyd edilmişdir ki,BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası-COP29 kimi mötəbər tədbirin ölkəmizin ev sahibliyi etməsi cəmiyyətimizdə “Yaşıl düşüncənin” formalaşmasına, vətəndaşlarımızı “yaçıl həyat” tərzi keçirməyə sövq edəcəkdir.Ölkəmizin “yaşıl gündəliyində” qarşıdakı illərdə görüləsi işlər, həyata keçirəcəyi layihələr çoxdur. Azarbaycan neft ixrac edən ölkədən, yaşıl iqtisadiyyata kecid etməklə yaşıl enerji ixracancısına cevrilməkdədir. Azərbaycanın enerji istehsalının qoyuluş həcmində bərpa olunan enerji resursları olan günəş, külək, su və mənbələrin payı 2030 cü ildə 30 faizə çatdırılacaqdır.
Tədbirdə layhənin ideyalrının daha çox benifisarlar arasında yayılması üçün həyata keçirilən mmarifləndirici və praktik içlərdən və gözlınilən nəticələrdən danışılmışdır. Layihənin icrası müddətində Kür çay boyu ərazilərdə yerləşən məktəblərdə dəyirmi masalar keçirməklə yanaşı müxtəlif ekoloji tədbirlərə dəstək verilməsi, ərazilərdə iməciliklərin keçirilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi, tullantılara qarşı iməciliklərin keçirilməsi nəzərdə tutulmuşdur
Vurğulanmışdır ki, yaşıl düşüncəninn yerlərdə təşviqində vətəndaş cəmiyyəti təmsilçilərinin gücündən, o cümlədən yaşlı nəslin həyat təcrübəsindən bəhrələnmək olar,





