“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsi çərçivəsində növbəti dəyirmi masa keçirmişdir. Tədbirin benifissarları Salyan rayonunda Kür çayı sahilində yerləşən Mərdan Muradxanov adına şəhər 6 saylı tam ortda məktəbinin şagirdləri olmuşlar.
Son zamanlar məktəbdə təhsilin səviyyəsinin yüksəlməsi ilə yanaşı burada ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması və yenilərinin salınması məqsədilə tədbirlər keçirilmiş, məktəb ərazisində səliqə-sahman yaradılmışdır. Buna görə də İctimai birlik tərəfindən məktəbdə keçirilən dəyirmi masaya maraq kifayət qədər böyük idi. Məktəbin təlim- tərbiyyə üzrə direktor müavini Sübhan Xəlilov layihə komandasını salamlamış və Kür çayı sahilində yerləşən məktəbin şakirdlərinin ekoloji təşəbbüslərindən danışmışdır.
Dəyirmi masada layhə rəhbəri Rüstəm Məlikov icra olunan layihənin məqsələri və gözlənilən nəticələr barədə tədbir iştirakçılarına məlumat vermiş və qeyd etmişdir ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Bakı şəhərində keçiriləcək BMT-nin COP-29 tədbiri bu istiqamətdə görülən digər işlər cəmiyyətimizin yaşıl düçüncə tərzinin formalaşmasında böyük rol oynayacaqdır.
Tədbirdə Rayon Ziyalılar virliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, şair-publisist Əzizağa Məmmədli çıxış edərək məktəblililərə iqlim dəyişikliklərinin fəsadları və onların aradan qaldırılmasında ölkəmizin göstərdiyi səylərdən danışmış və qeyd etmişlər ki, Azərbaycanın gələcək inkişafına yaşıl düşüncəli insanlar daha çox fayda verə bilərlər. Ona görə də bu gün parta arxasında əyləşən hər bir gənc özünü bu sahənin iştirakçısı kimi hiss etməli və “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”nin layiqli vətəndaşı olmalıdır.
Tədbirddə iştirak edən Pespublika Uşaq Fondunun rayon filialının sədri, Salyan Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin rəhbəri Sevinc Bünyatova çıxış edərək, iştirakçısı olduğu beynəlxalq sərgidə ekoloji mövzuda təqdim etdiyi işlərə maraqdan danışdı və qeyd etdi ki, cəmiyyət olaraq hər birimiz planetimizin sabahını düşünməliyik.
Dəyrmi masa çay süfrəsi arxasında diskussiya şəraitində davam etdirildi.Tədbirdən sonra məktəbin ekofəlları Kür çayı sahilinin məişət
tullantılarından təmizlənməsi üçün aksiya keçirdilər.