“Yaşıl düşüncənin yerlərdə təşviqi” layihəsinin iştirakçıları Şirvan Milli Parkında biomüxtəlifliyin qorunması təcrübəsi ilə tanış olmuşlar.
“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsinin fəaliyyət planında maarifləndirici tədbirlərlə yanaşı, praktik işlərin həyata keçirilməsi, ekoturların təşkili nəzərdə tutmuşdur. Artıq ilk ekotur həyata keçirilmişdir. Salyan şəhər 2 saylı tam orta məktəbin 20 nəfərdən çox məktəblisi Şirvan Milli Parkına təşkil edilən ilk ekoturun iştirakçısı olmuşdur.Türda şagirdlərlə yanaşı, məktəb direktoru, sahənin fənn müəllimləri iştirak etmişlər.
Təhsil ocağının həyətində ekotura həsr olunmuş toplantıda səfər iştirakçılarını Agentlik adından salamlayan Rüstəm Məlikov tədbirin məqsəd və məramları barədə danışmış, ilk dəfə iştirak etdiklərinə görə onlara məsləhət və tövsiyələrini bildirmişdir.
Ekotur iştirakçıları Şirvan Milli Parkında ən maraqlı turist marşurutlarından biri olan “Flaminqo” gölününn müşahidə məntəqəsində olublar. Yol boyu ceyranlar, dovşanlar və digər heyvanları müşahidə edən tirakçılar buradan da təbiəti seyr etmişlər. Parkın mühafizəçisi Hikmət Qənbərov Şirvan Milli Parkı haqqında ümumi məlumat verərək bildirib ki, buranın landşaftı yarımsəhra, çol, düzən gölü, su bataqlıq ərazisi, dəniz sahilindən ibarətdir. Milli Parkda nadir fauna və flora mühiti vardır. Xarakterik bitki növləri ilə yanaşı adı “Qırmızı kitaba” daxil olan çoxlu sayda heyvan və quşlar : qızılqazlar,ceyranlar, ilanlar, tısbağalar buradakı biomüxtəliflik şəraitində öz mövcudluqlarını davam etdirirlər.
Məktəb şagirdlərinə maraqlı oldu ki, quşların miqrasiya yollarında yerləşən Şirvan Milli Parkında 230 növ quş qeydə alınıb. Məktəb partasından birbaşa ekotura qatılan iştirakçılar adlarını ilk dəfə eşitdikləri yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş və digər biomüxtəliflilər barədə məlumatları maraqla dinləyiblər.Uşaqlar maraq dairələri çərcivəsində sual- cavab ediblər.
Səfər iştirakçılsrı yaddaqalan təəsuratla yenidən rayon mərkəzinə qayıdıblar. Şəhər 2 saylı məktəbin direktoru Aynur Əskərova maraqlı səfərin təşkili üçün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına və Şirvan Milli Parkının əməkdaşlarına təşəkkürlərini bildirmişdir.