Kənd məktəbinin şagirdləri yaşıl düşüncənin təşviqinə qoşulublar.
Dünyanı bürüyən ekoloji problemlərin acı nəticələrini, xüsusən iqlim dəyişmələrinin təsirini indi hər kəs hiss etməkdədir. Yaşından, fəaliyyət sahəsindən aşlı olmayaraq insanlarda səhətləri ilə bağlı bir çox problemlərin məhz ətraf müqit amili, qidalanma və havaların adət etdiyimizdən getdikcə daha isti olması ilə əlaqədardır. İqlim dəyişmələrinin təsirini azaltmağın ən optimal yollarından biri təbiəti qorumaq, özünü bərpa etməyə imkan verməkdən ibarətdir. Bunun isə yolu təkcə praktik işlərdədən deyil, eyni zamanda hər birimizin təmasda olduğumuz biomüxtəlfliyə diqqət yetirmək, onun bərpası üçün innovativ təşəbbüslərə, xüsusən yaşıl düşüncə məhsullarının tədbiqinə dəstək olmalı, maarifləndirməyə lazımı fikir verməliyik.
“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsi də bu vəzifələrin gercəkləşməsinə xidmət etməkdədir.
Növbəti maarifləndirici tədbir Salyan rayonunun Arbatan kənd tam orta məktəbində təşkil olunmuşdur. Tədbirdə məktəbin müəllim və şagirdləri ilə yanaşı kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar, yerli Medianın təmsilçiləri iştirak etmişlər.
Dəyirmi masada layhə rəhbəri Rüstəm Məlikov may ayının 1-dən icrasına başlanılan layihənin məqsələri və gözlənilən nəticələr barədə tədbir iştirakçılarına məlumat vermiş və qeyd etmişdir ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bu istiqamətdə görülən digər işlər cəmiyyətimizin bu sahəyə nə qədər çox dəstək vermək əzmində olduğunu göstərməkdədir. Bu möhtəşəm tədbirin həyatra keçirilməsi respublika ictimaiyyətimiz arasında yaşıl düşüncənin təşviqinə çox güclü təkan verəcəkdir.
Tədbirdə kənd məktəbinin biologiya müəllimi Ayna Əliyeva, dərs hissə müdiri Gülər Babayeva çıxış edərək təhsil ocağında yaşıl düşüncənin təşviqi istqamətində mövcud vəziyyət və həyata keçirilən işlər barədə danışmış və bu təşəbbüslərin davam etdirlməsinə çalışacaqlarını bildirmişlər. Tədbirdə veteran müəllim, rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, rayon Ziyalılar birliyinin sədri Alahverdi Piriyev. QMVŞA ictimai birliyinin rayon şöbəsinin rəhbəri Arif Əskərov, şair –publisist Əzizağa Məmmədli çıxış edərək bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP-29 tədbirinin də cəmiyyətimizin həyatında mühim rol oynayacağını bildirmişlər
Dəyirmi masa iştirakçılarına maarifləndirici press-relizlər paylanılmış və tədbir çay süfrəsi ətrafında davam etdirilmişdir.Səslənən təkliflər layihə rəhbərliyi tərəfindən qeydə alınmışdır.