Şirvan Milli Parkında “Yaşıl düşüncənin yerlərdə təşviqi “ layihəsi çərcivəsində maraqlı ekotur olmuşdur.
“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsinin fəaliyyət planınına uyğun olaraq növbəti tədbir Şirvan Milli Parkında keçirilmişdir
Salyan rayon Çuxanlı kənd tam orta məktəbinin 20 nəfərdən çox şagirdi layihə çərçivəsində Şirvan Milli Parkına təşkil edilən ekoturun ilk dəfə olaraq iştirakçısı olmuşdur.
Məktəbin həyətində təşkil edilmiş toplantıda iştirakçıları Agentlik adından salamlayan layihə rəhbəri Rüstəm Məlikov tədbirin məqsəd və məramları barədə danışmış, ilk dəfə iştirak etdiklərinə görə onlara məsləhət və tövsiyələrini bildirmişdir.
Parkın Bakı - Salyan avtomobil yolunun Yenikənd ərazisində yerləşən baş ofisində məktəbli qonaqları buranın mehriban kollektivi qarşılamışdır. Milli Parkın əməkdaşı Hikmət Qənbərov ekoloji məlumat mərkəzində parkın ümumi ərazisi, burada müxtəlif ekosistemlər qovşağında mövcud olan fauna və flora barədə, ərazidə tapılmış tarixi əhəmiyyət daşıyan tapıntılar və turistləri daha çox maraq edən marşurutlar haqqında məlumatlar vermişdir.
Daha sonra park əməkdaşlarının iştirakı ilə ərazidə “Qızıl qaz” gölünə səfər edilmişdir. Kənd məktəbliləri səfər boyu canlı təbiətlə təmasda olmuş, quşları, ceyranları və digər biomüxtəliflikləri maraqla seyr etmiş və təbiət haqqında məlumatlatı zənginləşmişdir.
Uşaqlar öyrənmişlər ki, adı “Qırmızı kitaba” düşmüş çoxlu sayda heyvan və quşlar qızılqazlar, ceyranlar, ilanlar, tısbağalar buradakı biomüxtəliflik şəraitində öz mövcudluqlarını davam etdirirlər.Burada 230 növ quş qeydə alınıb. Məktəblilər şəkillərini dərsliklərdə gördükləri, adlarını ilk dəfə eşitdikləri yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş və digər biomüxtəliflilər barədə məlumatları maraqla dinləyiblər.Məktəbli turistlərə izah olunmuşdur ki, yaşıl iqtisadiyyatımızı qurmaq naminə təbiətimizi burada mövcud olan canlıları qorumalı, ətraf mühitin mühafizəsində könüllü olaraq iştirak etməliyik.
Gün ərzində səfər iştirakçılsrını maraqlandıran suallara cavablar verilib və məktəbli turistlər zəngin təəsüratla doğma kəndə