Avqustun 5-də, bazar ertəsi “AB-İlan” - Türkiyə və Avropa İttifaqı arasında əlaqələr üzrə informasiya platforması vəzifəsi Azərbaycandakı COP29 iştirakçılarını Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) vəzifə və məqsədləri barədə məlumatlandırmaq olan iqlim miqrasiyası üzrə gənc nümayəndələrin qəbulu barədə elan yerləşdirib.
AZƏRTAC xəbər verir ki, burada hər il dünyada milyonlarla insanı evlərini tərk etməyə məcbur edən iqlim miqrasiyası problemlərinə diqqət çəkilir.
“Gənclərin nümayəndələri noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçiriləcək müzakirələrdə iştirak etmək şansı əldə edəcəklər. BMT-nin gənclər nümayəndələri COP29-un məqsəd və vəzifələrinə nail olmaq üçün öz töhfələrini verə biləcəklər”, - deyə məlumatda bildirilir.
Elanda qeyd olunur ki, Azərbaycanda müzakirələr ərəfəsində onlayn rejimdə seminarlar və məsləhət xarakterli tədbirlər keçiriləcək. Nəticədə müxtəlif regionlardan 20 nümayəndə seçiləcək və onların Azərbaycanda keçiriləcək müzakirələrdə iştirak xərcləri Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən ödəniləcək. “Hər bir gənc nümayəndə liderlik və ictimai natiqlik bacarıqlarını inkişaf etdirmək üçün unikal fürsət əldə edəcək", - deyə elanda vurğulanır.
COP29-da iştirak etmək üçün xaricə səyahət məhdudiyyəti olmayan 18-30 yaşarası Türkiyə vətəndaşları ərizəni qeydiyyatdan keçirə bilər. Səylərini təbii fəlakət riskinin azaldılması, gənclərin hüquq və imkanlarının genişləndirilməsi, su çatışmazlığı, təhlükəsizlik və sülh, şəhər və kənd əhalisinin miqrasiya dinamikası, sosial inklüzivlik və sairə kimi sahələrə yönəldə bilən şəxslərə üstünlük veriləcək.
Ərizələrin qəbulu avqustun 20-dək davam edəcək