Biomüxtəlifliyin qorunması iqlim savaşının önəmli hədəfidir
Biomüxtəlifliyin qorunması iqlim savaşının önəmli hədəfidir 4lobal istiləşmə nəticəsində təbii zonaların, iqlim qurşaqlarının sərhədləri dəyişir, meşələr təbii şəkildə məhv olur, səhralaşma prosesi baş verir, torpaq eroziyası güclənir, güclü tayfunlar, tornadolar müşahidə edilir. Bunlar həm cəmiyyətə, həm də təbiətə mənfi təsir göstərir və bioloji müxtəlifliyin itirilməsinin əsas hərəkətverici amillərindən birinə çevrilir. Azərbaycan Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji 8niversiteti ümumi coğrafiya kafedrasının dosenti Mətanət Əsgərova ilə söhbətimiz də məhz bu barədədir. – İqlim dəyişmələri bioloji müxtəlifliyin itirilməsinin əsas amillərindən biridir. Ona mikroorqanizmlər, bakteriyalar, mərcan riflərindən tutmuş heyvan və bitki orqanizmləri daxildir. Hazırda dünya üzrə ümumi daxili məhsulunun yarıdan çoxu bioloji müxtəliflikdən asılıdır. 1 milyarddan çox insanın dolanışığı meşələrlə bağlıdır. Biomüxtəlifliyin qorunmasında və suyun təbii yollarla təmizlənməsində mühüm rol oynayan meşə ekosistemi, eyni zamanda, insanları yaşayış təminatı və ərzaq təhlükəsizliyi üçün vacib olan tikinti materialları, yanacaq odunu, göbələk, qoz, giləmeyvə, dərman bitkiləri ilə təmin edir. Meşələr dağlıq ərazilərdə torpağın eroziyaya məruz qalmasının və təhlükəli sürüşmələrin yaranmasının qarşısını alır, eləcə də karbon qazının udulmasında önəmli rol oynayır. Bundan başqa, okeanın da bu məsələdə böyük əhəmiyyəti var, çünki bütün karbon emissiyalarının yarıdan çoxunu udur. Amma indi iqlim dəyişmələri nəticəsində təbiət böhran yaşayır. Meşələr qırılma və kənd təsərrüfatı məqsədləri üçün istifadə baxımından davamlı təzyiq altındadır. Belə ki, zərərvericilər və xəstəliklərlə yoluxma, bitkilərdə yeni xəstəliklərinin yayılması, quraqlıq və meşə yanğınlarının artımı və temperaturun kəskin dəyişilməsi səbəbi ilə vegetasiya dövrünün uzanması və s. baş verir. Eyni zamanda, insan fəaliyyəti nəticəsində otlaqların tərkibi, sahəsi dəyişir. Su hövzələri çiriklənir. ± İqlim dəyişikliyi biomüxtəlifliyə necə təsir edir" – Biomüxtəlifliyin itirilməsi iqlim dəyişmələrinin getdikcə daha çox təsirinə məruz qalır. İqlim dəyişmələri dünyada dəniz, quru və şirin su ekosistemlərinə təsir göstərir. Quruda temperaturun artması heyvanları və bitkiləri qütblərə doğru çəkilməyə və daha yüksək qurşaqlara köçməyə məcbur edir. Bu da ekosistemlərin dəyişilməsinə gətirib çıxarır. Hər dərəcə istiləşmə ilə növlərin nəsli kəsilmək riski artır. Bu, yerli növlərin itirilməsinə, xəstəliklərin artmasına, bitki və heyvanların kütləvi ölümünə səbəb olur, nəticədə iqlim dəyişmələri nəticəsində növlərin yox olması baş verir. ± Xəzər dənizində vəziyyət günbəgün pisləşir. Çarə nədədir" – Xəzərdə vəziyyət heç də ürəkaçan deyil. Suiti bu dənizin yeganə məməlisidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox idi. Növbəti yüz il ərzində tənzimlənməyən ov, çirklənmə və digər səbəblərdən onların sayı xeyli azalaraq 199-cı ildə “I8CN” adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”- sına vəziyyəti “zəif” statusu ilə daxil olub. Həmin vaxt dənizin ümumi sahəsində hər 2 kvadrat kilometrə 1 suiti düşürdü. 2008-ci ilin oktyabrında status dəyişərək “təhlükəli” yazısı ilə daha çox həyəcan doğuranda isə bu canlıların sayı cəmi 104 min idi və 4 kvadrat kilometrə 1 suiti hesablanırdı. Dənizdə balıqların sayı da sürətlə azalmaqdadır. Təkcə Azərbaycan sahillərində deyil, Xəzəryanı ölkələrin hər birində nərəcinsli balıqların ehtiyatı ötən əsrin 80- ci illəri ilə müqayisədə, təqribən, 30 dəfə, 200–200-cı illərlə müqayisədə isə 10 dəfə azalıb. Bu əsasən, iqlim dəyişikliyi ilə bağlıdır. Xəzər dayazlaşır, oksigenin miqdarı azalır. ± Meşələrin də biokütləsi dəyişir. glkəmizin yaşıl zola÷ı dünyanın orta göstəricisindən dəfə azdır Bu, heyvanların populyasiyasına necə təsir edir" – Meşələrin də biokütləsi dəyişir. Azərbaycan meşə sahəsi çox az olan ölkələr sırasındadır. Təxminən, 11,8 faiz meşəlik ərazimiz var, dünyanın orta göstəricisi isə 30 faizdir. Yəni ölkəmizdə meşə sahələri dünya göstəricisindən dəfələrlə azdır. Belə olan halda, meşə yanğınları və ağacların qırılması artıq ekoloji fəlakətdir. Mal-qoyun sürülərinin artması da meşələrə mənfi təsir göstərir. Quraqlıqlar, qasırğa və çovğunların tezliyinin artması meşə bitki örtüyünə təsirin ən əlverişsiz formalarından biridir. Son 20 ildə qurumuş ağac kollarının ümumi sahəsinin 90 faizi əlverişsiz iqlim amillərinin təsiri nəticəsində tələf olub, bəzi illərdə 1992, 2003, 2018-ci illərdə onların xüsusi çəkisi 97 faizə çatıb. Nəticədə bu, landşaftın pozulmasına, növlərin populyasiyasının təcrid olunmasına səbəb olub. İzolyasiya genetik müxtəlifliyin azalmasına və xəstəliklərə gətirib çıxarıb. ± 1ə üçün biomüxtəlifliyin qorunması iqlim dəyişikliyi ilə mübarizədə olduqca vacib hədəfdir" – İstixana qazları insanın istehsal fəaliyyəti ilə əlaqədar olduqda emissiyaların, təxminən, yarısı atmosferdə qalır, digər yarısı isə quru və okeanlar tərəfindən udulur. Bu ekosistemlər və onların tərkibində olan biomüxtəliflik iqlim dəyişmələrinə qarşı təbii mübarizə yoludur. Məsələn, meşələrin mühafizəsi, idarə edilməsi və bərpası iqlim dəyişmələrinin iazaldılması potensialının, təxminən, üçdə ikisini vəd edir. Geniş yayılmış və davam edən itkilərə baxmayaraq meşələr hələ də planetin quru ərazisinin 30 faizindən çoxunu əhatə edir. Bataqlıq ərazilər dünyanın quru sahəsinin yalnız 3 faizini tutur, lakin onlar özündə bütün meşələrdən iki dəfə çox karbon qazı saxlayır. Azərbaycanda sahəsi 1000 hektardan böyük olan su-bataqlıq ərazilərinin sayı 17-yə yaxındır. Qızılağac, Ağgöl və Şirvan Milli Parkları, Mahmudçala gölü, Hacıqabul, Kür çayı deltası, Sarısu, Dəvəçi limanı və Xəzərin sahil rayonları belə ərazilərdəndir. Qızılağac, Ağgöl və Şirvan milli parkları xüsusilə zəngin bioloji müxtəlifliyinə görə diqqət cəlb edən ərazilərdir. Məhz bu ərazilərin milli park olaraq seçilməsi də təsadüfi xarakter daşımır. Bu ərazilərin qorunması və bərpası karbonun oksidləşməsinin və atmosferdə yayılmasının qarşısını alır. Dəniz yosunları və manqr meşələri də atmosferdən karbon qazını quru meşələrindən dörd dəfə daha sürətli udur. Onların karbon tutmaq və saxlamaq qabiliyyəti mangr meşələrini iqlim dəyişikliyi ilə mübarizədə çox qiymətli edir. Həm quruda, həm də suda təbii məkanların qorunması və bərpası karbon qazını məhdudlaşdırmaq və artıq dəyişən iqlimə uyğunlaşmaq üçün vacibdir. Növbəti onillikdə tələb olunan istixana qazları emissiyalarının azaldılmasının təxminən, üçdə birinə təbiətin udmaq qabiliyyətinin təkmilləşdirilməsi ilə nail olmaq olar. 6öKbəti \azdı 3ünKan Ə)Ə1Dİ