Onun sözlərinə görə, dünən gecə saatlarından başlayan yanğın Hirkan Milli Parkının İranla həmsərhəd əraziyə yaxın hissəsində - Astarada baş verib.
F.Əliyev qeyd edib ki, küləyin güclü olması və relyefin mürəkkəb olması əraziyə yanğınsöndürənlərin müdaxiləsini çox çətinləşdirir. Buna görə də ancaq əl əməyindən istifadə olunur: "Hirkan Milli Parkının və ərazidəki meşə müəssisəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli bölməsi, kənd camaatı yanğının söndürülməsinə iştirak edirlər. Səhər saat 8.30-da bir qrup heyət də yanğının söndürülməsinə əlavə kömək üçün göndərilib".
