AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində liseyin “Bitkiçilik”, “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” qrupları tərəfindən yetişdirilən müxtəlif növ dekorativ ağaclar Şirvan Milli Parkının texniki dəstəyi ilə Parkın ərazisində əkilib.
Aksiya çərçivəsində, həmçinin adı “Qırmızı kitab”a düşmüş, liseydə toxumdan artırılan Lənkəran akasiyaları Şirvan Milli Parkının əməkdaşlarına verilib.
Qeyd edək ki, bir müddət əvvəl Lənkəran Peşə Liseyində yetişdirilən 235 dekorativ ağac işğaldan azad olunan Cəbrayıl rayonunda əkilmək məqsədilə Cocuq Mərcanlı kənd məktəbinə verilib.
