Anakur.az xəbər verir ki,DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, fevral ayının 2-də Saatlı RPŞ-nin əməkdaşları tərəfindən rayonun Bəylər kənd sakini B. Ağamirzəyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən edilib.
Məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.