Bu barədə NEWS.am-a Ermənistan Müdafiə Nazirliyindən məlumat çatdırılıb.
Kəlbəcərlə sərhəddəki yerləşən hərbi hissənin komandiri general Araik Arutunyan Amerika səfirinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Bundan sonra sərhədin Yuxarı Şorja hissəsinə səfər təşkil edilib.
Səfir Treysi ABŞ-ın Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bir daha diqqətə çatdıraraq rəsmi Vaşinqtonun sərhəd demarkasiyası zamanı güc tətbiqinin əleyhinə olduqlarını vurğulayıb.
Səfir həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyə ciddi şəkildə sadiq qaldığını bildirib.