Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan jurnalist Sirac Abışovun doğum günüdür. 1989-cu ilin avqustun 29-da Qubadlı rayonunun Dondarlı kəndində anadan olan Sirac yaşasaydı, bu gün 32 yaşını qeyd edəcəkdi...
Şəhidin qardaşı Şirzad Abışov onunla bağlı xatirələrini Modern.az-la bölüşüb.
“Siracsız doğum günü bizim üçün çox çətindir” - deyən Ş.Abışov qardaş itkisinin böyük dərd olduğunu söyləyib:
“Həmişə bir yerdə olmuşuq. Dörd gün əvvəl mənim doğum günüm idi. Gün ərzində bütün təbrikləri səbr və təmkinlə aldım. Gözlədiyim təbrik Siracdan idi, amma gəlmədi...
Mən yuxumda onun təbrikini aldım. Bu gün isə necə edə bilərəm ki, Sirac cənnətdəki ilk doğum günü təbrikimi eşitsin. Ümid edirəm ki, o bizi görür. Siracsız ad günü çox çətindir. Onunla bağlı xatirələrim çoxdur. Sirac həmişə yaşayır. Bundan sonra da mənim qəlbimdə yaşayacaq. Mənim üçün çox yaxşı qardaş idi, dayağım olub.
Dünyasını dəyişən insanların arxası ilə adətən yaxşı sözlər danışırlar. Mənim dediklərim o qəbildən deyil. Bu, mənim həqiqi hisslərimdir. Sirac heç vaxt özünə xüsusi doğum günü keçirməyib. Deyirdi ki, 31 avqust Qubadlının işğal günüdür, mən doğum günümü qeyd edə bilmərəm. Orada qardaşlarımız şəhid olub. Ən yaxşı halda evdə Sirac üçün kiçik tort bişirilib, axşam həmin tortu kəsmişik.
Bu il ilk dəfə qismət olacaqdı ki, Siraca yaxşı ad günü keçirək. Çox təəssüf ki, yenə qismət olmadı. Siracın şəhid olması təkcə mənim üçün yox, xalqımızın, o cümlədən, Azərbaycan mətbuatının itkisidir. Ona görə də bütün media nümayəndələrinə başsağlığı verirəm. Sanki əvvəlcədən şəhid olan jurnalistlərə taleləri bəlli olur. Həqiqətən Siraca başqa cür ölüm yaraşmazdı”.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.