Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev dəfn edilib. Anakur.az Report az-a istinadən bildirir ki, Natiq Əliyev Gəncə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var. Allah rəhmət eləsin!