2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan, 07.04.2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti, leytenant Bağırov Ülvi Hənifə oğlunun 40 mərasimi keçirildi. Rayon rəhbərliyinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub. RİH başçısı Sevindik Hətəmov şəhidimiz Ülvi Bağırovun doğmalarına dərin hüznlə başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman vətən naminə canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Ülvi Bağırov aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.