“Noybarın 10-da imzalanan üçtərəfli bəynatın icrası istiqamətində işlər davam etdilir. Dünən Prezident İlham Əliyevlə Rusiya prezidenti arasında telefon danışığı olub”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Kəlbəcərdən Ermənistan tərəfi orda olan insanların çıxarılmasına görə 25 dekabra qədər vaxt istəyib: “Azərbaycan tərəfi humanizmdən çıxış edərək 25 dekabra qədər Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdən ermənilərin çıxarılması ilə bağlı qərar qəbul edilib”.