Vətən müharibəsi şəhidi Ruslan Qurbanovun oğlan övladı dünyaya gəlib.
Bakıda xəstəxanaların birində dünyaya gələn körpəyə şəhid olan atasının adı verilib.
Körpə bu gün xəstəxanadan evə buraxılıb və şəhidin ailə üzvləri yeni doğulan uşaqla birlikdə yaşadıqları Biləsuvar rayonunun Ağalıkənd kəndinə yola salınıb.
Anakur.az.Teleqraf.com-a istinadən bildirir ki, Rayon ictimaiyyətinin nümayəndələri tərəfindən onların təntənəli qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, körpə Ruslan Qurbanov şəhid Ruslan Qurbanovun ilk övladıdır.
Xatırladaq ki, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanov sentyabrın 27-dən başlayaraq Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, bir neçə gün əvvəl Qubada doğulan körpyə də şəhid olan atasının adı qoyulmuşdu.