Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub. "Zitti E Buoni" mahnısını ifası ilə İtaliyanı təmsil edən "Måneskin" rok qrupu 524 xal toplayıb.
Anakur.az xəbər verir ki, müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib.
Münsif və tamaşaçı səsverməsi nəticəsində Azərbaycan təmsilçisi 65 xalla 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə mübarizə aparıb.