
Anakur.az Lent.az -ın xəbərinə istinadan bildirir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Qeyd olunur ki, elektromobil iki nəfər üçün nəzərdə tutulub, akkumulyatorun tam doldurulması ilə 130 km/saat sürətlə 35 dəqiqəyə qədər uça bilir. X2-nin maksimal hündürlüyü 91 metrdir. Bununla da, uçuş zamanı heç bir karbon qazı emissiyası yaratmır ki, bu da dayanıqlı nəqliyyat axtarışında irəliyə doğru bir addımdır.
O da məlumdur ki, avtomobilin uzunluğu təxminən beş metr, eni 4,78 metr, hündürlüyü isə 1,36 metr, çəkisi isə 560 kiloqramdır. Elektrikli avtomobilin bütün elementləri karbon lifindən hazırlanıb.
Avtomobilin 2025-ci ildə satışa çıxarılacağı bildirilir.