
Zəncəfil dərman kimi istifadə edilə bilən nadir bir bitkidir. Dietoloqların fikrincə, bitki həm də antibakterial xüsusiyyətlərə malikdir. Zəncəfilin faydalarından danışan ekspertlər bildirirlər ki, bu müalicəvi bitki bakteriyalarla çox yaxşı mübarizə aparır.
Zəncəfildən suşi hazırlanmasında istifadə edilməsi səbəbsiz deyil. O, suşi həvəskarlarını çiy balıqda olan bakteriyalardan qoruyur. Yəni zəncəfil antiseptik kimi təsir göstərə bilir.
Bununla belə, SARS, qrip və digər viral xəstəliklərdə, ənənəvi tibb baxımından istifadəsi müəyyən effekt göstərir: bədəni qızdırır, qan damarlarını genişləndirir və immuniteti artırır. Çünki zəncəfilin tərkibində çoxlu C vitamini, minerallar var. Amma zəncəfil xəstəliyi sağaltmır.
Zəncəfildən acqarına istifadə etmək, həmçinin həzm sistemi, öd yolları, qara ciyər xəstəlikləri, zəif bağırsaqlar, reflüks xəstəliyi, mədə və ya onikibarmaq bağırsaq xorası olan insanlara tövsiyə olunmur. Çünki tərkibində daxili selikli qişaları qıcıqlandıra bilən çoxlu sayda maddələr var. O, turşuluğun və öd ifrazının artmasına səbəb olur.
Ağ ciyərlərin qış ehtiyacı
Qışda ən çox risk altında olan orqan ağciyərlərdir. Çünki, viruslar tənəffüs yolu ilə bronx və ağciyərlərə keçərək onları zədələyir. Mütəxəssislər qışda ağciyərləri dəstəkləmək üçün A və E vitaminləri ilə zəngin qidalara daha çox ehtiyac olduğunu bildirirlər.
A vitamini selikli qişaların tamlığı üçün çox vacibdir. Bu vitamin sarı və narıncı rəngdə pomidor, bibər, kök, balqabaqda olur. Təmiz kərə və quyruq yağı, salo, yumurta sarısı, heyvani piylər də ağ ciyərlər üçün əvəzolunmazdır. Alveolların üzəri yağdan ibarət olduğundan ağ ciyərlər yağı çox sevir.
Ağ ciyərlərdə qan yaxşı dövr etsin deyə, damar möhkəmləndirici qidalar lazımdır. Bunlara tünd qırmızı, bənövşəyi rəngdə olan qırmızı kələm, çuğundur, gavalı, giləmeyvələr və digər meyvə-tərəvəzi misal göstərmək olar.