Futbol tarixinin ən yaxşı bombardiri dəyişdi
"Yuventus"un futbolçusu Kriştianu Ronaldu futbol tarixinin ən yaxşı bombardiri olub.
Anakur.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) məlumat yayıb.
IFFHS yalnız rəsmi oyunlarda ən yüksək səviyyədə vurulan qolları nəzərə alıb.
Portuqaliyalı hücumçu son olaraq İtaliya çempionatının XXIV turunun "Verona" ilə matçda (1:1) fərqlənib. Bu, 36 yaşlı hücumçunun karyerasında 766-cı qolu olub. Bununla da Ronaldu bu göstəricidə rekordçu Peleni geridə qoyub. Braziliyalı əfsanə karyerasında 765 dəfə qol vurub.
Qeyd edək ki, Ronaldo bu mövsüm "Yuventus"da 29 matça çıxıb, 26 qol vurdu və 3 məhsuldar ötürmə verib.