Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlardakı su təsərrüfatı obyektlərinə baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və sədr müavini Zakir Quliyev Sabirabad, Saatlı, İmişli, Füzuli, Biləsuvar, Salyan və Nefçala rayonlarındakı su təsərrüfatı obyektlərinə baxış keçiriblər. Səfərdən məqsəd Prezident İlham Əliyevin tapşırıqlarının icrası çərçivəsində görülən işlərlə yerində tanış olmaq və qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirməkdən ibarətdir.
Səfər zamanı yerli istismar idarələri ilə qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov ilk olaraq işğaldan azad olunmuş ərazilərdə yerləşən “Suqovuşan” və “Xaçınçay” su anbarlarına və su təsərrüfatı obyektlərinə baxış keçirib.