Azərbaycanlı Mirhəsən Hacı Həsənli ABŞ-ın Nyu-Cersi Həyat Elmləri İnstitutunun İdarə Heyətinə üzv seçilib.
Bu barədə o, özünün "Facebook" səhifəsində paylaşım edib.
Həryerlimiz İdarə Heyəti sədrinin kompüter elmləri, proqramlaşdırma, süni intellekt və peyk sistemləri üzrə köməkçisi olaraq fəaliyyyət göstərəcək.
Qeyd edək ki, Mirhəsən Hacı Həsənli informasiya texnologiyaları sahəsində çalışan "SiberLab" şirkətinin təsisçisi kimi tanınır.