Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır.
Anakur.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər.
Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi.
Konsertdən sonra jurnalistlərlə görüşən Prezident İlham Əliyev dedi: Sağ olun, siz ki, burada olmusunuz, ağır günlərdə. Salam Mirşahin.
Mirşahin: Eşq olsun Sizə cənab Prezident. Mən Sizi təbrik edirəm.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, mən də sizin hamınızı təbrik edirəm.
x x x
Dövlətimizin başçısı jurnalistlərlə xatirə şəkli çəkdirdi.
x x x
Prezident İlham Əliyev: Anar mənim yadıma saldı, siz mətbuat konfransında demişdiniz ki, gəlmək istəyirsiniz. Biz də xahişinizi yerinə yetirdik. Mən istəyirdim ki, birinci bizim jurnalistlər gəlsin, bu festivalı keçirək. Siz harada qalırsınız?
Jurnalist: Birbaşa buraya gəldik.
Prezident İlham Əliyev: Hə, birbaşa.
Anar Ələkbərov: Bu gün qalacaqlar.
Prezident İlham Əliyev: İndi burada qalmaq üçün imkan var. Xarici jurnalsitləri də dəvət edək gəlsinlər və görsünlər.
Jurnalist: Cənab Prezident, diqqətinizə görə təşəkkür edirik. Həmişə dəstəyinizi hiss edirik, çox sağ olun.
Prezident İlham Əliyev: Bəli, sizi həmişə dəstəkləmişəm. Sizə təşəkkür edirəm ki, belə çox aktual mövzuları qabardırsınız. Bir çox hallarda ölkədə gedən prosesləri mən sizdən eşidirəm, sizdən görürəm. Bu, özlüyündə artıq icra orqanlarını daha da məsuliyyətli olmağa sövq edir.
Jurnalist: Müharibədən sonra Sizinlə birinci görüşümüzdür.
Prezident İlham Əliyev: Elədir.
Jurnalist: Mən də icazənizlə istəyirdim deyim ki, 40 ildir dünyanın müharibələrini görmüşəm. Bu, birinci müharibə idi ki, bir nəfər həm hərbi istiqamətdə işi, həm siyasi, həm də informasiya işini aparırdı.
Prezident İlham Əliyev: Çünki əgər siz bu müharibə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmasaydınız, ümumiyyətlə, məsələ ilə bağlı fikir elə təhrif edilmiş kimi qalacaqdı. Siz yaxşı xatırlayırsınız, o vaxt dünya mediasına bizim çıxışımız yox idi. Tək siz gəlmişdiniz, siz də foto çəkirdiniz. Amma ermənilər bütün imkanlardan istifadə edib bütün ölkələrdə olmazın yalanları yayırdılar. İndi isə artıq müharibə ilə bağlı həqiqətləri siz çatdırmısınız, mən çatdırmışam. Qəhrəman hərbçilərimiz də bax, o qayalara dırmaşaraq düşməni buradan qovub. Mirşahin sən çoxdan olmusan da burada, işğala qədər. Bəziləri heç olmayıb yəqin ki, ilk dəfədir.
Mirşahin: İşğala qədər də olmuşam.
Prezident İlham Əliyev: İndi ilk dəfə gələn burada görür ki, Şuşanı azad etmək ümumiyyətlə mümkünsüz hesab olunurdu. Özü də hələ piyada qalxmaq çətindir, bir də ki, əlində avtomat, yuxarıda düşmən, özü də düşmənin tankı, topu, mövqeyi. Doğrudan da misli görünməmiş qəhrəmanlıq dastanıdır.
Jurnalist: Əfqanıstan dağlarında da müharibələri görmüşəm. Buna inanmırdım. Azad ediləndən sonra gəldim, gedib baxdım, izlədim. Özüm də 1992-ci ildə buradan ayaqla çıxmışdım, bura bağlı idi, maşın gələ bilmirdi.
Prezident İlham Əliyev: Siz hansı yolla çıxdınız?
Jurnalist: Elə buradan, Daşaltıdan gəldim. Buraya kimi 4 saat piyada yol gəldim, 3 dəfə də snayperlər atdılar, amma, vura bilmədilər.
Prezident İlham Əliyev: Bu yaxınlarda o şəkli siz paylaşdınız, gördüm mən. O vaxt Azərbaycan əsgəri necə vəziyyətdə idi? Nə forması var idi, nə silahı var idi, nə də bir idarəetmə imkanları. İndi aslan kimi əsgərlərdir, aslan kimi. Onlar möcüzə yaradıblar.
Jurnalist: Burada demək olar ki, yaşayış yox idi.
Prezident İlham Əliyev: Yox idi.
Jurnalist: Ancaq şəhərin girəcəyində, o da çox az.
Mirşahin: Amma mən Zəngəzurda evlərin birində oldum.
Prezident İlham Əliyev: Bəli, bəli, Şurnuxu kəndində.
Mirşahin: O kişi də yaxşı təkziblər verirdi, Ermənistan hakimiyyəti barədə. Yaxşı oldu, çox yaxşı oldu. Beş dənə punkt üzrə öz ölkəsini təkzib etdi. Pensiyasının azlığından da danışdı. Dedi ki, Qarabağ Azərbaycanındır
Prezident İlham Əliyev: Özü də dedi ki, azərbaycanlının evinə girib.
Mirşahin: Bəli, çox vacib bəyanatlar verdi.
Jurnalist: Cənab Prezident, Şuşa qələbəsinə görə Sizə xüsusi təşəkkür edirik. Doğrudan da bu, çox möcüzəvi bir qələbədir. Bu, doğrudan da çox böyük qələbədir. Siz Azərbaycan xalqına sanki bir həyat qaytardınız. Siz bizə nəfəs verdiniz. İnanın ki, bir il bundan əvvəl yatsaq yuxumuza girməzdi ki, biz Cıdır düzündə ola bilərik, burada konsertdə iştirak edə bilərik. Çox böyük bir möcüzədir, cənab Prezident. Allah Sizi qorusun, Ordumuzu qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
Jurnalist: Cənab Prezident, səmimi qəlbdən deyirəm, dünyada belə ölkə başçısı yoxdur.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Bir il bundan əvvəl burada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi. O hərəkətlərə görə, bütün cinayətlərə görə düşmən öz layiqli payını aldı. Bundan sonra burada ancaq Azərbaycan musiqisi, Azərbaycanda yaşayan xalqların musiqisi səslənəcək. Doğrudan da böyük tarixi nailiyyətdir. Hər dəfə buraya gələndə xüsusi hisslər keçirirəm. Əminəm ki, siz də bu hissləri keçirirsiniz. Çünki Şuşanı yenidən görmək bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir. Əlbəttə, bir daha görürük ki, Şuşa əsl Azərbaycan şəhəridir. Çünki burada Azərbaycan ruhu hiss olunur. Memarlıq abidələri, bulaqlar, - baxmayaraq ki, ermənilər o bulaqların naxışlarını dəyişmişdilər, yazıları da silmişdilər,- amma yenə də burada hər tərəf, necə deyərlər, Azərbaycan mədəniyyəti ilə qaynayır. Biz əbədi qayıtmışıq, burada əbədi yaşayacağıq. Demişəm ki, Şuşa dünyanın ən gözəl şəhərinə çevriləcək. Təkcə Şuşa yox, azad edilmiş bütün başqa şəhərlər.
Jurnalist: Mən altı aydır Qarabağı gəzirəm, özüm də mühəndis memaram. Doğrudan deyirəm, mən dünyada bu cür gözəl yer görməmişəm. Doğrudan da Şuşanın, Kəlbəcərin gözəlliyi dünyada təkdir.
Prezident İlham Əliyev: Burada az da olsa yaşayıblar. Bizdə olan məlumata görə, - sonra bu məlumatı biz dəqiqləşdirdik, - burada 1600-ə yaxın erməni yaşayıb, onların da çoxu hərbçiləri idi, onların ailə üzvləri idi. Yəni burada erməni əhalisi heç vaxt olmayıb. İndi görürsünüz, işğal dövründə nə gündə idi. İndi biz əl gəzdirmişik, 6 aydır ki təmizləyirik, necə deyərlər, səliqə-sahman yaradırıq. Bütün binalar belə dağıdılmış idi, yarımçıq tikili idi. Yeni bina yoxdur, bir neçə dənə villa tikdirmişdilər özləri üçün, onları da yəqin ki, görmüsünüz. Tarixi binalar sökülüb, şəhər infrastrukturu yoxdur. Baxın, o dirəklər yox idi, hamısı belə köhnədən qalan idi. Deyirdilər ki, erməni şəhəridir, erməni şəhəridirsə, niyə bu günə qoymusan onu? Niyə yaşamamısan, niyə qurmamısan, niyə dağıtmısan?
Jurnalist: Heç kəs öz evini yandırmaz gedəndə.
Prezident İlham Əliyev: Əlbəttə.
Jurnalist: Onlar yandırdılar, yəni öz evləri deyildi.
Prezident İlham Əliyev: Bizim azad edilmiş digər yerlərdə, torpaqlarda siz də olmusunuz, orada təbiət toxunulmaz kimidir, o ağacların rəngi, səmanın rəngi. Belə bir rənglər mən görməmişəm.
Jurnalist: Ağdam, ümumiyyətlə, viran qoyulub. Bu mənzərəni görəndə düşünürsən ki, söhbət ancaq yaddaşı silməkdən gedə bilər. Axı qəbirlə insanın nə işi ola bilər? Məhz onlar tarixi silmək, yaddaşı silmək istəyiblər. Məncə məqsədləri yalnız bu olub.
Prezident İlham Əliyev: Əlbəttə, elədir, tarixi silmək istəyiblər ki, biz heç vaxt qayıtmayaq. Hesab edirdilər ki, Azərbaycan heç vaxt ayağa qalxmayacaq. İnanmırdılar ki, biz ayağa dura bilərik. İnanmırdılar ki, bizdə həm güc, həm də iradə ola bilər. Ona görə deyirdilər ki, hər şeyi dağıdaq, daha heç vaxt bunlar qayıtmasın, tarixi də silək, abidələri, qəbirləri də dağıdaq. Sabah deyək ki, bura erməni torpağı olub və elə də deyirdilər. Şahbulağı yalandan “Tigranakert” adlandırmışdılar. Belə saxtakarlıq olmaz. Deyirdilər ki, Şuşa erməni şəhəridir. Axı bu şəhərin təməlini Pənahəli xan qoyub, hamımız yaxşı bilirik, adını da verib - Pənahabad. Necə erməni şəhəri olub, əgər 275 il bundan əvvəl Pənahəli xan Ağdamdan buraya gəlib.
Jurnalist: Özü də təzə daşlar atıb ora, cənab Prezident, mən getdim özüm baxdım.
Prezident İlham Əliyev: Bəli.
Jurnalist: Guya dırnaqarası “Tigranakert” olub.
Prezident İlham Əliyev: Hə, orada?
Jurnalist: Bəli, Şahbulağın düz yanında.
Jurnalist: Mən Kəlbəcərdə neçə kilsə gördüm, çox qədim kilsələr imiş, amma ermənilər onlara təzə daşlar qoyublar. Elə qoyublar ki, dərhal bilinir. Mən özüm görəndə tez dedim ki, bunlar hamısı saxta daşlardır, adamlardan soruşdum, bildirdilər ki, bu daşları buraya 10-15 ildir gətiriblər.
Hərbçi: Cənab Ali Baş Komandan, icazə versəydiniz xüsusi təyinatlılar Sizinlə xatirə şəkli çəkdirərdilər.
Prezident İlham Əliyev: Bəli, mütləq.