Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq:
Yəni,
I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi;
II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi;
III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.
Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq. Həmçinin, qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq. O cümlədən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.
Yeni qanun layihəsi özündə nələri ehtiva edir?
I dərəcə - orqanizmin funksiyalarının 100 faiz itirilməsi nə anlama gəlir?
“Əlilliyin təyinində məqsəd müavinət təyini deyil”
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki,mətbuata bildirib ki, 2008-ci ildə Azərbaycan BMT-nin “Əlil hüquqları konvensiyası”nı ratifikasiya edib:
“Konvensiyanın tələblərindən biri bura qoşulan ölkələrin qanunvericiliyinin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması məsələsidir. Bununla əlaqədar 2018-ci ildə Azərbaycanda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun qəbul olunub. Həmin il bu qanunun tələblərindən irəli gələn müəyyən islahatlar aparılması ilə bağlı cənab Prezidentin fərmanı olub. Bunların hamısı milli qanunvericiliyimizin beynəlxalq qanunvericiliyə uyğunlaşması xarakteri daşıyır. Beynəlxalq qanunvericilik, həm də Ümumdünya Səhiyyə Təşkilatının tösviyələrinə görə, əlillik artıq dərəcə və qrupla deyil, sağlamlıq imkanlarını itirmə fazilərilə müəyyən olunur. Əvvəllər postsovet və Şərqi Avropa ölkələrində əlillik məhdud şəkildə 3 dərəcə ilə müəyyən olunurdu. İndi onlar da əlilliyin faizlə təyin olunması sisteminə keçirlər.
Əlilliyin faizlə təyin olunması zamanı daha geniş reabilitasiya imkanları yaranır, eyni zamandan onların pensiya təminatında da sağlamlıq imkanlarını itirmə faizinə görə fərqlər müəyyənləşəcək. Pensiya, müavinət artacaqsa, onların sağlamlıq imkanlarını itirmə dərəcəsi də nəzərə alına bilər. Əsas məsələ reabilitasiya potensialının və tədbirlərinin dəqiq aparılmasının hüdudlarının müəyyənləşdirilməsidir.
Əlillik siyasətinin əsas məqsədi heç də əlillik dərəcəsi təyin etmək və şəxsə pensiya-müavinət vermək deyil. Əsas məqsəd əlilin sağlamlıq imkanlarının bərpası, onun cəmiyyətə inteqrasiyası, qalan potensialına uyğun işlə təmin edilməsi və ətraf üçün yararlı şəxsə çevirməkdən ibarətdir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda əlillərin fərdi reabilitasiya proqramı nəzərdə tutulub. Hazırda o proqramın hazırlanması istiqamətində iş aparılır. Orada vacib məsələlərdən biri də şəxsin sağlamlıq imkanını nə qədər itirməsinin müəyyənləşdirilməsidir. Buna uyğun olaraq hər bir əlilə istər tibbi, istər peşə və digər reabilitasiyalar tətbiq etmək mümkün olacaq”.
“Vətəndaş 15 günə əlillik barədə rəy alacaq”
M.Quliyev qeyd edib ki, indiyə qədər 18 yaşa qədər şəxslərlə bağlı “sağlamlıq imkanları məhdud” anlayışından istifadə olunurdu:
“Dəyişikliklə bu ifadə “18 yaşadək şəxs” ifadəsilə əvəzlənir. Onlarda da sağlamlıq imkanlarının itirilməsi faizlə müəyyən olunacaq ki, bu da onların müavinət alarkən məbləğin də artmasına gətirib çıxaracaq.
İndiyə qədər müddət müəyyənləşməmişdi ki, əlilliyi olan şəxsin sənədləri Tibbi Sosial Ekspert Komissiyasına daxil olandan sonra hansı müddətə ona rəy verilməlidir. Bəzən bu, aylarla çəkirdi, haqlı olaraq da vətəndaşlarımızın narazılıqları yaranırdı. İndi konkret müddət qoyulub ki, əgər hər hansı əlavə tibbi müayinə və araşdırmaya ehtiyac yoxdursa, 10 gün ərzində rəy verilməlidir. Əlavə tibbi müayinəyə ehtiyac varsa, müddət 15 günə qədər uzadıla bilər.Bir sözlə vətəndaşın sənədi Tibbi Sosial Ekspert Komissiyasına daxil olandan ən geci 15 gün müddətində əlilliyi barədə məlumat ala biləcək”.
210 min nəfər əlillik təyinatı gözləyir
Parlamentari yeni qanunun 1 yanvar 2022-ci ildən qüvvəyə minəcəyini diqqətə çatdırıb:
“O vaxta qədər də Tibbi Sosial Ekspert Komissiyalarında müəyyən treninqlər aparılacaq. O cümlədən, beynəlxalq ekspertləri də dəvət etməklə bizim həkimlərimiz yeni əlillik meyarlarına uyğun düzgün qərarlar verməyi öyrənəcələr.
O ki qaldı əlilliyin təyinilə bağlı əhalidən gələn şikayətlərə, yeni qanunun bu şikayətlərə aidiyyatı yoxdur. Şikayətlər vaxtilə saxta və şişirdilmiş diaqnozlar əsasında verilmiş əlilliklərin yenidən yoxlanılması ilə əlaqədardır. 2016-cı ildə səhvən bir qərar verilmişdi ki, şəxs beş ildən bir təkrar əlillik müayinəsindən keçməlidir. İndi həmin 5 il tamam olub və həddindən artıq müraciət var. 160 min şəxs təkrar əlillik, 70 minə qədər də ilkin əllilliklə bağlı müraciət edib. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi çox gərgin rejimdə işləyəcək. Ümid edirik ki, bu ilin sonuna qədər narazılıq və narahatlıqlar aradan qalxar və gələn ildən tam şəffaf şəkildə əlilliyin ekspertizası həyata keçirilər”.
Uğursuz ifadə - “Orqanizmin funksiyasının 100 faizlik itirilməsi”
Komitə sədri qanunda orqanizmin öz funksiayaIarını itirməsinə görə sıralamada I yerdə olan “orqanizmin funksiyalarının 100 faiz itirilməsi”ndəki çaşqınlıq yaradan ifadəyə də münasibət bildirib:
“Burada söhbət orqanizmin öz funksiyalarını bütövlükdə itirməsindən getmir. Hər hansı orqanın öz funksiyasını 100 faiz itirməsindən gedir. Məsələn, şəxsin hər iki gözü görmürsə, o orqanın 100 faizlik itirilməsi anlamına gəlir, yaxud şəxsin hər iki ayağı amputasiya olunubsa, bu, yerimə funksiyasının 100 faizlik itirilməsi anlamını daşıyır. Amma mütəxəssislər bu anlayışın nə olduğunu bilir. Qanun müzakirə olunur. Orada ifadə uğursuzluğu baş veribsə, yəqin ki, aradan qaldırılacaq”.