Dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlunun azərbaycanlı qızla ailə qurması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, atası kimi aktyor olan Kristofer Van Barenberq (Kris Van Damm) azərbaycanlı xanım, pianoçu Suada Hacızadə ilə nikah bağlayıb. Diqqətçəkən məqam cütlüyün əlindəki nikah şəhadətnaməsinin üzərinin Azərbaycan dilində yazılmasıdır.
Anakur.az Moderin az-n paylaşdıxı xəbərə istinadən bildirir ki, saytı xəbəri rəsmi mənbələrdən dəqiqləşdirməyə çalışıb.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, nikah mərasimi dünən Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təşkil olunub.
Qeyd edək ki, Kristofer Van Barenberq 1987-ci il təvəllüdlüdür. O, Hollivudda aktyordur.
Suada Hacızadənin tərcümeyi halını təqdim edirik:
Suada Elxan qızı Hacızadə 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib. Hələ uşaqlıqdan böyük həvəslə musiqiyə meyl ediib.
Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb.
Orta təhsilə Bakı Avropa Liseyində başlayıb.
Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansamba gətiriblər.
Daha sonra Suada Yasamal rayonundakı 16 saylı Uşaq Musiqi Məktəbinə gedib.
Burada fortepiano ilə məşğul olmağa başlayıb.
Suada Hacızadə orta ümumi təhsilini Namiq Axundov adına 1 saylı məktəbdə davam etdirib.
2012-ci il tarixində Estoniyanın Tallin şəhərində “Narva ulduzları yandırır” adlı beynəlxalq fortepiano müsabiqəsində III yeri tutub.
2013-cü ildə Estoniyanın Narva şəhərində dahi bəstəkar İohan Sebastyan Baxın şərəfinə gənc pianoçular arasında keçirilən Beynəlxalq müsabiqəsində 2 yerin laureatı olub.
Suada dünya şöhrətli müsiqiçi Mixail Kazinnik tərəfindən təşkil edilən ustad dərslərində iştirak edib.
O, Hollandiya, Polşa, Rusiyada keçirilən festivallarda da mükafatçılar sırasına düşüb.
Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər verib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.
Suada Hacızadə Prezident mükafatçısıdır.