Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamalıyevin redaksiyamıza verdiyi məlumata görə, rayonumuzda arpa biçini başa çatmışdır. "Sarı kəhrəba" ustaları qısa müddətdə 11.152 hektar sahənin məhsulunu biçmişlər. Hər hektardan 37, 9 sentner məhsul əldə edilmişdir. Bu da ötən ildəkindən 0,2 faiz yüksəkdir.
İnkişaf Mərkəzindən verilən digər məlumatda o da bildirilir ki, rayonun taxil zəmilərində buğda biçimi davam edir. Fermerlər 5.708 hektar sahədə bol məhsul becərmişlər. Biçimin qısa müddətdə və itkisiz başa çatdırılması məqsədilə sahələrdə 50 taxılbiçən kombayn fasiləsiz işləyir. İndiyə kimi sahələrin 70 faizində biçin aparılıb.
Taxıl biçiminin optimal müddətdə baş çatdırılması üçün zəruri olan bütün tədbirlər həyata keçirilir.