Bu gün Azərbaycan Səfəvilər dövlətinin qurucusu, Azərbaycan torpaqlarını birləşdirərək, mərkəzləşdirilmiş dövlət yaratmış şəxsiyyət, tarixdə ilk dəfə ana dilimizi dövlət dili elan edən böyük hökmdar, dövlət xadimi, istedadlı sərkərdə, Azərbaycan dilində yazdığı gözəl əsərləri, incə poetik şeirləri ilə böyük şair adı qazanmış Şah Babamız Şah İsmayıl Xətainin doğum günüdür.
Şah İsmayıl Səfəvinin şəxsiyyətindən söhbət düşəndə çox vaxt onun bioqrafiyasını və şiəliyi dövlət ideologiyası səviyyəsinə çatdırmaqla bağlı fəaliyyətini xatırlatmaqla kifayətlənir, bu addımın siyasi məqsədlərini açıqlamırlar. Lakin bu dəlillər Şah İsmayılın böyük irsi müqabilidə çox sönük görünür , bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərə bilmir.
Səfəvi xanədanını yaradan ilk Ərdəbil şeyxləri şiəlik ideyasını ortaya atarkən bu ideyanın dini örtüyü arxasında daha geniş, həm də müəyyən mənada fərqli niyyətlər dayanırdı. Şiəlik təriqəti öz tarixi köklərilə məğlubların və məzlumların ruhuna yaxın olduğundan, geniş kütlələri cəlb edə bilmişdi.
Ərdəbil şeyxləri böyük təsir gücünə malik olan şiəlik ideyası ilə daha sıx bağlanmaq məqsədilə öz əcdadlarını şiələrin ilk imamı Həzrəti Əli və onun həyat yoldaşı, Məhəmməd peyğəmbərin qızı Fatimə ilə bağlayır, İmam Musa Kazımın nəslindən olduqlarını iddia edirdilər. Şiəliyin bir məzhəb kimi qəbul olunması təkcə dini məqsəd daşımır, daha geniş və uzaqgörən strateji hədəflərdən xəbər verirdi. Əsas məqsəd sünni məzhəbinə mənsub olan müsəlman dövlətləri arasında onlardan ideyaca kəskin fərqlənən yeni bir dövlət yaratmaq idi. Əgər Səfəvi şeyxləri məhdud şiə fanatikləri olsaydılar Şeyx Cüneyd Ağqoyunlu padşahı sünni Uzun Həsənin bacısı Xədicə bəyimlə, onun oğlu Şeyx Heydər dayısı Uzun Həsənin qızı Aləmşah bəyimlə evlənməzdi.
Səfəviliyin Azərbaycanın mənəvi mühitinə gətirdiyi mübarizliyin, döyüşkənliyin və mənəvi zənginliyin mahiyyətini dərk etmək üçün gərək Qızılbaşlığın nə olduğunu biləsən. Unutmaq olmaz ki, “Azərbaycan nəinki sufi cərəyanlarının cəmləşdiyi ərazi olub, eyni zamanda, bəşər elminə sufi sistemində özünəməxsusluğu ilə seçilən “Xürrəmilik”, ”Hürufilik”, “Səfəviyyə” kimi təriqətləri bəxş edib. Bu təriqətlər arasında xüsusilə seçilən “Səfəviyyə”nin içərisində yaranan “Qızılbaşlıq” hərbi-siyasi-dini doktrinasının hesabına sufilərin rəhbərlik etdiyi güclü dövlət qurulub. Bütün siyasi mübarizələr müəyyən ideologiyaya əsaslanır, öz mənəvi gücünü konkret ideoloji qaynaqdan alır. Şah İsmayılın tarixi missiyası da öz mənəvi gücünü Səfəviyyə təriqətindən alırdı.
Şeyx Cüneydin və Şeyx Heydərin siyasi maraqları, şübhəsiz, dini çərçivəni aşırdı. Hər iki şeyxin məqsədi Azərbaycanı öz hakimiyyətləri altında birləşdirmək idi və şiəlikdən ideoloji silah kimi istifadə edirdilər.
İsmayıl Səfəvi 1487-ci il 17 iyul tarixində Ərdəbildə anadan olub. 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə əcdadlarının başladığı mübarizə yoluna qədəm qoyub. 1499-cu ildə hərbi yürüşlərə başlayan İsmayıl qısa müddətdə Azərbaycanın hüdudlarından kənara çıxdı. Ağqoyunlu və Şirvanşah qoşunları ilə üç qanlı, lakin müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil oldu və özünü Azərbaycanın hökmdarı – Şah elan etdi. Yeni və eyni zamanda, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət – Səfəvilər dövləti və ya bəzi mənbələrdə deyildiyi kimi, Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çox¬saylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.
Səfəvi dövlətinin yaranmasında əsas amil həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların “Qızılbaşlıq” təriqətinə sadiq olmalarıydı. Yeni yaranmış dövlətin qüdrətindən qorxuya düşmüş qonşu hökmdarlar öz həsədlərini, təlaşlarını, düşmənçiliklərini dini şüarlarla meydana atdılar. “İslamı sarsıdan” Avropa kafirlərindən də təhlükəli bəla saydıqları qızılbaşlara qarşı fətva verir, cihada çağırırdılar. Buna baxmayaraq, “şiə bayrağı altında inkişaf edən Səfəvilər hərəkatının məqsədi Azərbaycanı siyasi cəhətdən birləşdirmək idi” və buna qısa müddətdə nail olundu. İlkin dövrdə yalnız Azərbaycan torpaqlarını əhatə edən Səfəvilər dövləti sonrakı mərhələdə bir sıra başqa əraziləri də öz tərkibinə daxil etdi.
Şah İsmayıl zəfərdən-zəfərə gedirdi və ta Çaldıran döyüşünə qədər məğlubiyyət nə olduğunu bilmirdi. O, müzəffər, xoşbəxt iqballı, gəncliyinə baxmayaraq siyasi müdrikliyə malik bir şah idi. Şah İsmayıl Şərq cəmiyyətinin və islam dininin bütün ziddiyyətlərini öz varlığında yaşadan şəxsiyyət idi. Onun siyasi fəaliyyətində dözümsüzlük və amansızlıq məqamları da var. Lakin atasını, qardaşını öldürərək taxt-taca sahib olan Sultan Səlim, Sultan Mahmud xanı beş körpə oğlu ilə birlikdə qətlə yetirən Şeybani xanla müqayisədə Şah İsmayılın siyasi və insani ömür yolu təmiz, nəcib və ləkəsizdir.
Şah İsmayıl təkcə alimənsəblərlə deyil, rəiyyətlə rəftarında da mülayim və ədalətli idi. O, hətta hərbi yürüşlər zamanı əsgərlərinin dinc əhalini incitməsinə belə imkan vermir və əhalidən alınan ərzağın xərcini ödəyirdi.
Xalqımızın görkəmli dövlət xadimi Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri, ozanları sevir, onları himayə edirdi. Elə buna görə də, dilinə, Vətəninə bağlı el şairləri, aşıqları da onu sevir və onun doğma dilinə, xalqına bağlılığını əsərlərində tərənnüm edirdilər. Onlardan Şah İsmayılla eyni dövrdə yaşamış və onu özünün mürşid-i kamili adlandıran Dirili Qurbaninin “Şah Xətai” gəraylısında “Qoy var olsun türki-zəban, Şah Xətai, Şah Xətai” misraları, onunla eyni dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən “Qılmazam, vallahi, türki-tacidarım tərkini” deməsi Şah İsmayılın kimliyini və doğma türk dilinə sevgisini əks etdirir.
Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, “Bahariyyə”nin, mükəmməl ədəbi abidə “Dəhnamə”nin (“On məktub”) müəllifi deyildi. O, dövlət fərmanlarını da ana dilində verməklə Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmişdi.
Aldığı tərbiyəyə və maraqlarına görə İsmayıl qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi. Xətai təxəllüsü götürmüş İsmayıl öz vaxtının tanınmış şairi idi, özündən sonra şeirlər toplusu (divan) qoyub gedib. Diqqətəlayiq cəhət həm də odur ki, şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca danışırdılar.
“Gördün bir yerdə aşina,
Hər nə dersən öz başına,
Yоl daşını yоl quşuna
Atma, qardaş, kərəm eylə”
kimi bal dadan misralar müəllifi olan Şah İsmayıl Xətai təkcə ana dilində yazıb-yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Azərbaycan şairlərinin başqa dillərdə yazıb-yaratması ənənəsinə birdəfəlik son qoyuldu. Müasirlərinin dediyinə görə, Şərq miniatür sənətinin inkişafının ən parlaq zirvələrindən biri məhz həmin dövrə təsadüf edir. Elm, sənət xiridarı olan Xətainin sarayında yaradıcılıq üçün əlverişli şəraitlə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə böyük rəssam Behzad , habelə bir çox digər istedadlı heykəltəraş, xəttat, musiqiçi yaşayırdı. Şərq miniatür sənətinin ən parlaq çağlarından biri Səfəvilər dövrü olmuş, neçə-neçə istedadlı nəqqaş, xəttat, musiqiçi, şair, alim Xətai sarayında yaşayıb yaratmışdılar.
Şah İsmayılın bütün fəaliyyəti kimi, dini dözümlülüyü (xüsusən də ölkənin daxilində olan xristianlara münasibətdə), eləcə də Avropanın xristian ölkələri ilə geniş diplomatik əlaqələr qurması onu sülhün, firavanlığın, ölkəsinin tərəqqisinin qeydinə qalan müdrik hökmdar və düşmən dövlətlərə qarşı mübarizədə etibarlı müttəfiqlər axtarıb tapan böyük diplomat kimi səciyyələndirir.
Səfəvilər dövlətinin daha bir səciyyəvi xüsusiyyəti dövlətçilik ənənələrinin, eləcə də tolerantlığın, çoxmədəniyyətli, çoxmillətli dövlət ənənələrinin varisliyidir. Səfəvi imperiyasında yaşayan xalqların dilləri bu günə qədər qorunub və eynilə incəsənət və memarlıq abidələri kimi tarixi mirasdır.
Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropanın bir sıra aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərin bünövrəsini qoymuşdu.
Şah İsmayıl Xətai dövrünü türk dünyasının qızıl dövrü adlandırmaq olar. Məhz Şah Xətai şəxsiyyətinin əzəməti ilə türk xalq təsəvvüfü, türk ürfani mənəviyyatı kulminasiya nöqtəsinə çatdı. Şah özü ana dilində, heca vəznində şeirlər yazır, saz çalır, haqqın hikmət və ürfan sirlərini öz sadə və şirin dilində bütün xalqa yayırdı. O, istəsəydi, klassik üslubda, fars dilində əzəmətli divan bağlaya bilərdi. Öz sələfləri kimi, o da dərin təsəvvüf terminləri, sufi istilahları ilə dolu qəsidə və məsnəvilər yazardı. Lakin etmədi. Göstərdi ki, İlahi hikmətlərin ən dərinlərini, ən qəlizlərini sadə xalqın dilində çox gözəl bir şəkildə ifadə etmək olar. O, bunu şəxsən özü etdi və beləliklə də, çoxlarına qol-qanad verərək, ilham qaynağı oldu. Bu, çox möhtəşəm bir vəziyyətdir, analoqu olmayan bir tarixi dövrdür. Həqiqətən də tarix buna bənzərini bir daha görmədi.
Səfəviliyin və Şah Xətainin özünün şiə yox, məhz sufi dünyagörüşünə sahib olması danılmaz bir həqiqətdir. Şah Xətai şəriətin haram bildiyi saza, musiqiyə dərindən bağlı idi. O, sarayında dərvişlərə xüsusi hücrələr ayırır, zikr və başqa rituallar üçün təkyələr saxlayırdı. Ümumiyyətlə, türklərdə məzhəbçilikdən daha çox təriqətçiliyin – təsəvvüfün geniş rəğbət qazanması danılmaz bir faktdır. Bəli, Səfəvilər imperiyası dini dövlət deyildi. Zahirdə İslam üləması dövlət işlərində müəyyən qədər iştirak etsə də, bu dövlətin əsasını məhz ürfani dəyərlərə sahib olan təsəvvüf ideologiyası təşkil edirdi.
Şah İsmayıl qızılbaşlığın vahid ideologiyasını yaratdı. Bu ideologiya bütün Azərbaycan türklərini o vaxt üçün öz ətrafında uğurla birləşdirdi və onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə saxlamağa imkan verdi.
Venesiya diplomatı G.M.Anciolello onun haqqında yazırdı: “Şah İsmayıl yaraşıqlı, gözəl simalı, olduqca cəlbedicidir. Orta boyu, çevik vücudu, güclü və enli çiyinləri vardır; solaxaydır. Saçları sarışındır: qızılbaş adətinə uyğun olaraq yalnız bığ saxlayır, saqqalını qırxır. Gənc yaşlarında qoçaqlığına və cəsarətinə görə hər kəsi heyrətləndirirdi, qızılbaş əmirləri arasında hamıdan güclüdür. Ox atma yarışlarında hədəfdəki on almadan yeddisini vururdu” .
Venesiyalı tacir özünün Şah İsmayılla Təbrizdəki görüşünü belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufini öz təbəələri, xüsusilə də əsgərləri Allah kimi sevir və pərəstiş edirlər. Onun əsgərlərinin bir çoxu döyüşə yalın əllə - dəbilqəsiz və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq". Şah İsmayıl Xətai 1524-cü il may 23-də vəfat edib. Ömrü 38, hakimiyyəti 24 il çəkib.
Nadir Qocabəyli
Azvision.az
Səfəvi xanədanını yaradan ilk Ərdəbil şeyxləri şiəlik ideyasını ortaya atarkən bu ideyanın dini örtüyü arxasında daha geniş, həm də müəyyən mənada fərqli niyyətlər dayanırdı. Şiəlik təriqəti öz tarixi köklərilə məğlubların və məzlumların ruhuna yaxın olduğundan, geniş kütlələri cəlb edə bilmişdi.
Ərdəbil şeyxləri böyük təsir gücünə malik olan şiəlik ideyası ilə daha sıx bağlanmaq məqsədilə öz əcdadlarını şiələrin ilk imamı Həzrəti Əli və onun həyat yoldaşı, Məhəmməd peyğəmbərin qızı Fatimə ilə bağlayır, İmam Musa Kazımın nəslindən olduqlarını iddia edirdilər. Şiəliyin bir məzhəb kimi qəbul olunması təkcə dini məqsəd daşımır, daha geniş və uzaqgörən strateji hədəflərdən xəbər verirdi. Əsas məqsəd sünni məzhəbinə mənsub olan müsəlman dövlətləri arasında onlardan ideyaca kəskin fərqlənən yeni bir dövlət yaratmaq idi. Əgər Səfəvi şeyxləri məhdud şiə fanatikləri olsaydılar Şeyx Cüneyd Ağqoyunlu padşahı sünni Uzun Həsənin bacısı Xədicə bəyimlə, onun oğlu Şeyx Heydər dayısı Uzun Həsənin qızı Aləmşah bəyimlə evlənməzdi.
Şərqi də bizimdir, Qərbi də: Zəngəzur necə parçalanıb - Tarixi ekskurs |