“Jurnalistlərimiz Kəlbəcərdə peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhid olublar. Şəhid jurnalistlərimizə abidənin qoyulmasını ilə bağlı təklifləri yüksək qiymətləndirirəm. Kəlbəcərin icra başçısı ilə rayon ərazisində şəhid jurnalistlərin xatirəsinə abidə ucaldılması barədə söhbətimiz olub”.
Anakur.az xəbər verir ki,Bunu Modern.az-a açıqlamasında Kəlbəcərin deputatı Aqil Məmmədov deyib.
Deputat bildirib ki, Kəlbəcər rayonu ərazisində şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun abidəsinin ucaldılması vacibdir:
“Bununla həmin əraziyə gələcək turistlər, orada yaşayacaq sakinlər şəhid jurnalistlərimiz barədə məlumat alacaqlar. Şəhid jurnalistlərimizin anılması və onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması üçün abidənin ucaldılması yaxşı olardı. İşğaldan azad olunmuş ərazilərimizə xaricdən media nümayəndələri, diplomatlar səfər edirlər. Həmin ərazilərə səfər edən xarici qonaqlar da görsünlər ki, günahsız insanlar ermənilərin basdırdığı minaların qurbanı olublar. Şəhid jurnalistlərimizin adının əbədiləşdirilməsi ilə bağlı görüləcək iş alqışlanmalıdır”.
Milli Məclisin üzvü, həmçinn xatırladıb ki, müharibənin qəbul olunmuş qaydaları var. Təəssüf ki, Ermənistan bütün qaydaları pozmaqla insanlıq əleyhinə cinayətlər törədib.
“Media nümayəndələrinə, tibb işçilərinə, dinc sakinlərə toxunmaq olmaz. Qarşı tərəf bütün beynəlxalq qanunları pozub. 10 noyabr bəyanatına əsasən, həmin əraziləri təhvil verən Ermənistan orada basdırdıqları mina xəritələrini də təhvil verməli idi. Hələ də bir neçə rayonun minalanmış ərazilərinin xəritələri təhvil verilməyib. Bunlar hamısı qaydaların pozulmasıdır və beynəlxalq təşkilatlar buna qiymət verməlidir”.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.