Salyan məktəbinin məzunu, İkinci qrupun birincisi Bakı Ali Neft Məktəbini seçdi
Dövlət İmtahan Mərkəzinin (DİM) II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu qrup üzrə ən yüksək nəticəni Əflan Bədəlov göstərib. O, DİM-in 2021-2022-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında 691,2 bal toplayıb.
Bakı Ali Neft Məktəbindən AZƏRTAC-a bildiriblər ki, II qrupun birincisi bu ali məktəbi seçdi.
Əflan Bədəlov deyib ki, ən böyük arzularından biri Bakı Ali Neft Məktəbində təhsil almaqdır: “Bakı Ali Neft Məktəbinin Azərbaycanın ən nüfuzlu təhsil müəssisəsi olduğunu düşünürəm. Gələcəkdə daha yüksək nailiyyətlər əldə etmək üçün bu ali məktəbin mənə çox böyük yardımı olacaq. Mənim üçün ən yaxşı seçim BANM-dir”. O bildirib ki, seçimi BANM-in yeni açılmış biznesin idarəedilməsi ixtisası olacaq.
Bakı Ali Neft Məktəbi yaranan gündən ən yüksək bal toplayan gənclər məhz bu ali məktəbdə təhsil almaq istəyirlər. Bu isə BANM ailəsi üçün qürurvericidir.
Əflan Bədəlov Salyan şəhər Yusif Qasımov adına 4 nömrəli tam orta məktəbin məzunudur.