Azərbaycan xalqı 44 günlük Zəfər döyüşləri ilə tarixinin şanlı səhifəsini yazmışdır. 2020- ci ilin sentyabr ayının 27-də Ermənistan respublikasının silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması məqsədi ilə aparılan döyüşlər torpaqlarımızın işğaldan azad edilməsinin başlanğıcı olmaqla Vətən müharibəsi xarakteri almışdır. Tarixi şəraiti nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev həmin gün ölkədə fövqəladə vəziyyət elan etməklə xalqa müraciət etdi. Müraciətdə deyilirdi ki, biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır…
Ali Baş komandan bildirmişdir ki, Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. .. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Bəli, Azərbaycan ordusu bu işğala birdəfəlik son qoydu.Özü də cəmi 44 günə !
Bu qələbənin kökündə dayanan əsas amillər qətiyyətli lider rəhbərliyi, mükəmməl idarəçilik, xalq iqtidar birliyi, silahlı qüvvələrimizin döyüş rühü və qəhrəmanlığıdır.
Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli surətdə nümayiş etdirdi.
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Böyük Qələbə müasir, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin,iqtisadi gücünün nümayişi ilə yanaşı xalqımızın qələbə əzmini bir daha təsdiqlədi. Xalqımız Silahlı Qüvvələrimizin, igid əsgərlərimizin döyüş ruhuna, qələbə əzminə və lazım gələndə canından belə keçməyn şərəf işi olduğuna bir daha inandı…
Bəli, böyük qələbələr, zəfərlər qansız-qadasız, qurbansız, azadlıqlar və müstəqillik şəhid vermədən qazanılmır. Vətən müharibəsi şəhidlərimiz tanrı yanında ən ali məqama yüksəlməkə, torpaqlarımızı düşmən işğalından azad etdilər. Düşməni tarixi torpaqlarımızdan “iti qovan kimi” qovduq.Özü də əbədi qovduq.
Xalqımız qədirbilən, qiymət verən xalqdır. Öz qanı ilə xalqının tarixi qələbəsinə imza atan, Zəfər salnaməsini yazan şəhidlərimizin xatirəsi, qazilərimizin şücaəti istər dövlətimiz, istərsə də xalqımız tərəfindən heç vaxt ududulmayacaqdır.
Ötən ilin sentyabr ayının sonunu hər kəs yaxşı xatırlayır. Ali Baş komandanın “İrəli” əmrinə təkçə silahlı qüvvələr deyil, mülki əhali də bir nəfər kimi səfərbər olmuşdu. Səfərbərlik və Hərbi Xidmətə Çağrış məntəqələrinə minlərlə könüllü qəlbinin iradəsi, ürəyinin hökmü ilə toplaşaraq ön cəbhəyə getməyə hazır olduqlarını bildirmişdilər. Silahlı qüvvələrimizin igid əsgərləri ilə bərabər könüllülər sırasında da şəhidlik zirvəsinə ucalanları ehtiramla xatırlayırıq.
Bu günlər hər birimiz Vətən müharibəsinin başlanmasını, Zəfər döyüşlərini və şəhidlərimizi xüsusi anlamla xatırlayırıq. Bütün xalq bir nöqtəyə vururdu. Hər qələbəni cöşqu ilə qarşılayan insanlar şəhidlərimizi də böyük izdihamla, ümümxalq ehtiramı ilə bayrağımızın müşayyəti ilə torpaqğa tapşırırdı. Analar,bacılar,şəhid övladları ilə qürür duyür “Başın sağ olsun, Vətən”- deyirdilər.
Hər yerdə olduğu kimi, Salyanda da torpaqlarımızın düşmən işğalından azad edilməsində igidlik və qəhrəmanlıq göstərərək şəhid olmuş 60 igidimizin hər birinin xatirəsi daim xatırlanır. Onalrın adlarının əbədiləşdirilməsi, şərəflərinə “Xatirə bulaq”larının inşası, döyüş yolu barədə maarifləndirici materialların verilməsi, ad və anım günlərinin lazımı səviyyədə qeyd edilməsi təqdirəlayiq bir haldır.
Bu qələbə Azərbaycan xalqının böyüklüyünü, tarixi iradəsini həyata keçirmək üçün güclü liderə malik olduğunu bir daha dünyaya nümayiş etdirdi. İşğaldan azad edilmiş torpaqlarda başlayan böyük qayıdış, həyata keçirilən müasir infrastruktur layihələri deməyə əsas verir ki,şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaqdır. Onların uğrunda canlarından keçdikləri Vətənin müstəqilliyi əbədi olacaqdır.
Mirismayıl Hüseynov,
Salyan rayonunun 2 saylı notariat ofisinin xüsusi notariusu