Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 27 sentyabr bütün ölkəmizdə Anım Günü kimi qeyd edilmişdir. Bu məqsədlə Salyan rayonunda da silsilə tədbirlər keçirilmişdir. İlk olaraq şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Anakur.az bildirir ki, Anım tədbirinin iştirakçıları “Şəhidlər” abidə kompleksini, Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştiarak etmişlər.
Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov çıxış edərək 27 Sentyabrın Azərbaycanın müasir tarixindəki əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, bu gün Vətən müharibəsinin başladığı, torpaqlarımızın azad edilməsi məqsədi ilə xalqın Ali Baş komandanın əmri ilə səfərbər olaraq şəhid olmaqdan belə çəkinmədən düşmən üzərinə müzəffər yürüş etdiyi şərəfli bir gündür.
Bu gün böyük Zəfərimizi bizə yaşadanların-Şəhidlərimizin anım günüdür. özünün qəhrəman şəhidləri ilə həmişə qurur duyacaqdır.
Anım tədbirində Milli Məclisin deputataı Fəzail Ağamalı, aprel şəhidi Rəşid Mehdiyevin atası Rövşən Mehdiyev, şəhid Əfqan Axundovun anası Xoşgül Axundovaya, şəhid Samir Mehdiyevin atası Valeh Mehdiyev, şəhid mayor Vidadi Əhmədovun həyat yoldaşı Zəhra Əhmədovaya, II Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Səfər Qurbanov çıxış edərək Azərbaycan Milli Ordusu sıralarında döyüşən Salyanlı əskər və zabitlərın qəhrəmanlığından danışmış, onların göstərdiyi igidliklərin gənclərimizin vətənpərvərlik tərbiyyəsində böyük rol oynayacağını bildirmişlər.
Anım tədbirində məktəblilər yaddaqalan kompazisiyalar nümayiş etdirmişlər.
Mərasim iştirakçıları Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Salyan rayonu Xocalı kənd sakini Məmməov Elmir Arzu oğlunun şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir