Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı səslənən məsələlərə aydınlıq gətirib.
Anakur.az Modern.az-a istinadən xəbər verir ki, sədr müavini dünənki çıxışlara toxunub: "Dünən 28 May - Müstəqillik günü və 18 Oktyabr - Müstəqilliyin bərpası gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Burada qanunun mənası nəyisə bərabərləşdirmək deyil. Qanun dəqiqləşdirilir. Bu, qanunun predmeti deyil”.
Deputatın sözlərinə görə, sənəddə dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq. O bildirib ki, bu dəyişikliklər texniki xarakter daşıyacaq.