Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrinin yazıldığını qeyd etmişdir. Tədbirdə salyan şəhidlərinə aid sənəd, şəkil, şəxsi əşyalar nümayiş etdirimişdir. Məktəblilərin Vətən müharibəsinə həsr edilən əl işlərindən ibarət sərgi, səhnəciklər və gənc hərbçilərin iştirakı ilə idman hərbi kompozisiya nümayiş olunmuşdur.