Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyidir.
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibə ilə 30 il işğalda qalan torpaqlarımızı azad etdi.
İlham Əliyevin adı Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə düşüb.
Anakur.az xəbər verior ki, Azərbaycanın Milli Qəhrəmanları Ali Baş Komandanın ad gününü Modern.az saytı vasitəsilə təbrik ediblər.
Milli Qəhərman Vahid QuliyevAzərbaycan Prezidentini belə təbrik edib:
“Ölkəmizi bugünkü qələbəyə çatdıran cənab Prezidentə nə qədər təşəkkür etsək azdır. Onun sərkərdəliyi ilə tarixi yol fəth etdik, möhtəşəm uğurlara imza atdıq. Ordumuzun gücünə, Qarabağda çaldığımız Zəfərə görə cənab Prezident İlham Əliyevə borcluyuq. Ali Baş Komandanı səmimi qəlbdən təbrik edirəm. Ona möhkəm can sağlığı, xoşbəxtlik arzulayıram”.
Milli Qəhrəman Sahil Məmmədov:
“30 ilə yaxındır ki, millətimiz Qarabağdan xoş xəbər gözləyirdi. Açıq şəkildə deyim ki, cəmiyyət hər zaman deyirdi “torpaqlarımız niyə azad olunmur?”. Heç kim fikirləşmirdi ki, hörmətli Prezidentimiz neçə illərdi buna çalışır. O, Ordu üçün müasir silah-sursat topladı, Silahlı Qüvvələri təkmilləşdirdi. Döyüşə hazır vəziyyət yaratdı və biz də onun komandanlığı altında Zəfər çaldıq. Keçmiş məcburi köçkünlər nəhayət torpaqlarımız minalardan təmizləndikdən sonra öz dədə-baba yurdlarına qovuşacaqlar. Hörmətli prezidentimizə ailə səadəti, xoşbəxt və firavan həyat arzulayıram. Mən və həmkarlarım toplananda deyirik ki, sonunadək liderimizin yanındayıq”.
Milli Qəhrəman Ehtiram Əsgərov Prezidenti təbrik edərkən öz övladlarına, nəvələrinə İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməyi tövsiyə edib:
“Qürur duyuruq ki, Azərbaycanın İlham Əliyev kimi Ali Baş Komandanı, ölkə başçısı var. 44 günlük müharibədə isə o necə sərkərdə olduğunu bütün dünyaya sübut etdi. Prezidentimiz Azərbaycan xalqının 30 ildə həsrətində olduğu torpaqları 44 gündə geri qaytardı. Hər bir azərbaycanlı üçün bu fəxrdir. Ali Baş Komandan azadlığımızı, qürurumuzu bizə qaytardı. Cənab Prezidentə uzun ömür, can sağlığı arzulayıram. Övladlarımıza, nəvələrimizə cənab Prezidentin ətrafında dəmir yumruq kimi bir olmağı məsləhət görürəm”.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.
1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.
1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə Baş Nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanıb.
2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev 86,03 faiz səs toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının sədridir. İlham Əliyev, həmçinin, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı var.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından azad edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.