Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə hər rayonda 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.
Masallı şəhərində:
- Rayon İcra Hakimiyyətinin girişində platforma lift,
- Heydər Əliyev Mərkəzində küçədən girişdə beton plitə ramp və Mərkəzə girişdə metal konstruksiyalı ramp ,
- ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyi Dövlət Əmək Müfətişliyinin Regional şöbələrinin yerləşdiyi binanın girişində metal kostruksiyalı ramp,
- Azərpoçtun Masallı Rayon filialı idarəsi və Bankın girişində beton plitə ramp
- Mərkəzi Parkda metal konstruksiyalı ramp.
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialının girişində platforma lift,
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Salyan Rayon Mərkəzləşdirilmiş Baş Kitabxananın girişində metal konstruksiyalı ramp,
- Salyan Rayon İcra Hakimiyyətinin Salyan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi, Salyan Rayon Bələdiyyəsi, Dövlət Məşğulluq Agentliyinin rayon filialı, İctimai birlik və xidmət qurumlarının yerləşdikləri binanın girişində platforma lift,
- Ərazi Vergilər Xidməti idarəsinin girişində metal konstruksiyalı ramp.
Müyəssərlik təmin olunan yerlərdə müvafiq işarələr qoyulmuş, aidioyyatı qurum nümayəndələrinə təlimatlar verilmişdir.