"Xarici ölkələrdə artıq COVID-19 pasportu ilə bağlı qadağalar aradan qaldırılıb. Ölkəmizdə də COVID-19 pasportunun ləğv olunması gözlənilir".
Anakur.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bunu yoluxma sayının aşağı düşməsilə əlaqələndirib: “Artıq yoluxma sayı 100-dən aşağı düşüb və ölkənin 90%-i vaksin olunub”.
Komitə sədrinin sözlərinə görə, təxminən 10-15 gün sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni bir qərar veriləcək: "Bizə qarşıdakı günlərdə yoluxma sayını gözləmək qalır".
Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.