Anakur.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
Onun sözlərinə görə, agentliyə Araz Vadisi İqtisadi Zonasının rezidenti kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün logistika şirkətindən müraciət daxil olub:
"Şirkət 50-yə yaxın yük maşını alıb və Zəngəzur dəhlizinin açılışından sonra müəssisənin işə salınması üçün infrastruktur qurur".
Elşad Nuriyev qeyd edib ki, FedEX, UPS, ASE Express və American Express kimi şirkətlərin yerli nümayəndəlikləri Qarabağ Logistika şirkətini yaradıb: “Məqsəd Zəngilan və Füzuli hava limanlarında gömrük anbarları yaratmaq və öz mərkəzlərimizi formalaşdırmaqla beynəlxalq yükdaşımaları həyata keçirməkdir”.