"Güneylilərin çoxsaylı müraciətlərinə əsasən biz Güney Azərbaycan İcmasını yaratmaq qərarına gəlmişik. Bilirsiniz ki, möhtərəm Ali Baş Komandanımız İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni binasının açılışında çıxışı zamanı bir sıra tarixi mesajlar verdi. İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpaqlarıdır. Xalqımız gec-tez bu torpaqlara qayıtmalıdır. Bu baxımdan güneylilər də fikirləşirlər ki, niyə Güney Azərbaycan İcması olmasın."
Anakur.az xəbər verir ki, bu sözləri MediaTürk TV-də yayımlanan "Təbrizə Salam" verilişində Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, güneyli yazar Sayman Aruz deyib.
O qeyd edib ki, artıq Güney Azərbaycan İcmasının yaradılması istiqamətində işlər gedir və vəzifəsindən asılı olmayaraq, dünyada yaşayan güneyliləri bir araya gətirməyə çalışırıq: "Birliyimiz ürəyimizdə olan arzularımızı daha da yaxınlaşdıracaq".