Növbədənkənar parlament seçkilərində təbliğat-təşviqat kompaniyasına start verildi.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi başlanmışdır.
Avqust ayının 9-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun seçicilərlə görüşü keçirildi.
Görüş rayonun ən böyük yaşayış məskənlərindən olan Qarabağlı kəndində təşkil edilmişdi. Deputatlığa namizəd Sadiq Qurbanov ilk olaraq 44 günlük Vətən müharibəsində şəhid olmuş oğullarımızın ana və ataları ilə görüşmüşdür. Şəhid valideynləri deputatlığa namızəd A. Qurbanova xeyir –dua vermişlər.
Sonra kənddə deputatlığa namizədlərin seçicilərlə görüşü üçün nəzərdə tutulan məkanda Sadiq Qurbanovla görüş keçirilmişdir.
YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov sıxış edərək ölkəmizin hakim partiyası olan YAP-ın cəmiyyətimizin siyasi həyatında oynadığı aparıcı rolundan, partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi əldə olunmuş tarixi zəfərlərin doğurduğu tarixi reallıqlardan danışmışdır. Sonra E.Əhmədov Yeni Azərbaycan Partiyasının bu seçkilərə “ Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatıldığı diqqətə çatdırmış və 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Qurbanov Sadiq Haqverdi oğlu haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Sadiq Qurbanov mənsub olduğu partyanın seçki platforması haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, tarixinin yeni mərhələsini yaşayan Azərbaycanın iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun arxasında partiyamızın yaradıcısı, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dayanır.
1 sentyabr tarixində növbədənkənar parlament seçkilərində də əhalimizin mandatını alacaq deputatlarımız bu siyasətin inkişafı üçün hüquqi müstəvidə çalışacaqlar.
Deputatlığa namizədlə görüşdə çıxış edən rayon ziyalılarından rayonun “Qələbə” və “Ana Kür “ qəzetlərinin, anakur.az saytının baş redaktoru, Ali Media mükafatı laureatı, Prezident təqaüdçüsü Rüstəm Məlikov, Rayon ziyalıları ictimai birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Respublika Yazıçılar birliyin Muğan bölməsinin sədri Nəbi İbrahimov, bölgədə YAP ilk təşkilatlarının yaradıcılarından olan Kərəm Muradov, Iş adamı Hacı Qurban Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, bölgə qazisi Hacı Hüsni Həsənov və başqaları çıxış edərək Sadiq Qurbanovun indiyə kimi həyat və fəaliyyəti, xüsusən parlamentdəki siyasi fəaliyyəti barədə danışaraq onun layiqli namizəd olduğunu bildirmiş və 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulamışlar.
Rüstəm Məlikov,
anakur.az saytının baş redaktoru