Azərbaycanın Vətən Müharibəsi bir sıra hadisələrlə yadda qaldı. Bu savaş Azərbaycan insanının vətənsevərliyini, qəhrəmanlığını, mətanətini bir daha bütün dünyaya göstərdi.
Azərbaycan kişisi, qadını, qocası, gənci, uşağı Vətən Müharibəsində qələbə naminə bir yumruq kimi birləşdi... Kimi oğlunu itirdi, kimi həyat yoldaşını.., kiminin atası, kiminin qardaşı canını bu Vətən yolunda fəda etdi...
Naxçıvan Muxtar Resbublikasının Şərur rayonunun Ələkli kəndindən olan Nargül xanım kimi...
Nargül xanım Qarabağ Müharibəsində iki şəhid qurban verib - qardaşı və həyat yoldaşı Vətən üçün canlarından keçib.
Qardaşı Elton Qəmbərli oktyabrın 24-də Şərur şəhərinin Şəhidlər Xiyabanında, həyat yoldaşı Adil İbrahimli isə bu gün Bakı şəhərində dəfn olunub.
Bu şəkilə baxın, sözlər aciz qalır... Məğrur Azərbaycan qadını ən yaxın insanının tabutu altında necə məğrur dayanıb... Biz sağ qalanların borcu Nargül xanımın başının həmişə məğrur durmasına şərait yaratmaqdır. Vətən sağ olsun!!!