Anakur.az xəbər verir ki, paylaşımdakı görüntülər işğaldan azad olunan Füzuli rayonunun Qaraxanbəyli kəndində çəkilib.
"Qaraxanbəyli kəndi. Ermənilər tərəfindən dağıdılmış Qaraxanbəyli kəndi", - Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunan Şuşa şəhərinə səfərə yola düşüblər.
