"Yoluxma sayında davam edən hazırki müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha məlumatlı və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirir''.
Bu sözləri Redaktor.az-a millət vəkili Rəşad Mahmudov toy və nişan mərasimlərinin keçirilməsinə icazələrin verilməsi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, toy və nişan mərasimləri müəyyən qaydalar çərçivəsində və nəzarət mexanizmlərinin qurulması şərti ilə baş tuta bilər: "Mövcud vəziyyət nəzərə alınaraq, vətəndaşlara zərər vermədən mərasimlərin keçirilməsinə imkan yaradılmalıdır. Amma toy və nişan mərasimlərinə icazə veriləcəyi təqdirdə insanlar virusa yoluxmamaq üçün ehtiyatlı davranmalı, reallıqları nəzərə almalıdırlar. Keçiriləcək mərasimlərə dəvət olunacaq qonaqların sayının az olması əsas şərtlərdən biri olmalıdır"