Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anakur.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 233201 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227836 nəfər müalicə olunaraq sağalıb, 3202 nəfər vəfat edib, aktiv xəstə sayı 2163 nəfərdir.
Ölkədə son sutka ərzində 3942 hazırkı dövrədək isə 2555058 test aparılıb.