Müasir dünyanın türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai kimi tanıdığı Əli bəy Hüseynzadə 157 il əvvəl 1894-cü ildə Salyan rayonunda, Kür çayı sahilində dünyaya gəlmişdir.Türk ictimai fikir sahibləri haqlı olaraq Salyan torpağını türkçülüyün Vətəni hesab edirlər. Bu soyüqli-saxtalı gündə adını daşıyan meydanda qururla uçalan böyük mütəfəkkirin möhtəşəm heykəlini karonavirus pandemiyası səbəbindən ancaq fərdi qaydada ziyarət edirik. O, isə öz ölməz ideyalqrı və qitələri keçən fikir baxışları ilə bütün türk dünyasını seyr etməkdədir. Ruhun şad olsun,Türkün böyük atası.
Anakür.az bildirir ki, Əli bəy kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyür. Tiflis gimnaziyasını bitirmiş (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.
1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi.
Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir.
1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olur: Saida bəyim, Səlim Turan, Feyzavər. Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseynzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur.
O burada inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.
Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır
Əli bəyin XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında jurnalistikanın ictimai fikir tribunasına çevrilməsində redaktoru olduğu "Füyuzat" jurnalının xidmətləri diqqətəlayiqdir.
Əli bəy Hüseynzadə Azərbaycanın üçrəngli şanlı bayrağının qəbul edilməsində böyük xidmət göstərmiş tarixi şəxsiyyətlərdən biridir. "Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım" şüarı bayraqdakı üç rəngin açmasıdır. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilib. Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı isə 1918-ci il iyunun 21-də verilib. Ondan sonra Əli bəy Hüseynzadənin "türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyası dövlətçilik düsturu kimi formalaşıb.
Əli bəy Hüseynzadə 17 mart 1940-cı ildə İstanbulda vəfat edib.
2014-cü il yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
Ə.Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almışdır və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.
Əli bəy Hüseynzadənin həyatda olan yeganə övladı Feyzavər xanım Alpsar 2017-ci ildə atasının sənət əsərləri, foto-sənədləri və şəxsi əşyalardan ibarət arxivini Azərbaycan İstiqlal Muzeynə hədiyyə etdi.
Həmin işlərin bir qismi Salyanda Əli bəy Hüseynzadənin adını daşıdığı Tarix Diyarşunaslıq Muzeyində nümayiş olunmaqdadır.
Rüstəm Məlikov,
Anakur.az saytının baş redaktoru, Ali Media mükafatı laureatı