Türk xalqının mütəfəkkir oğlu Əli bəy Hüseynzadənin xatirəsi milli məfkurənin yaradıcılarından biri kimi həmişə xatırlanmaqdadır. Onun dünyaya gəldiyi Salyan torpağında isə bu tədbirlər daha da yaddaqalan olur. Çünki, qədirbilən xalqımız öz böyük oğluna şəhər meydanlarının birində tunc abidə ucaltmış, adına Tarix-diyarşünaslıq Muzeyi təsis etmiş, baş küçələrdən birinə onun adı verilmişdir. Türk dünyasının böyük oğlu Əli bə Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda Kür çayı sahilində dünyaya gəlmiş, 17 mart 1940-cı ildə Türkiyənin İstanbul şəhərində vəfat edərək Qaraca Əhməd qəbristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyinin təntənəli surətdə qeydedilməsi barədə sərəncam imzalamış və onun yubileyi respublikamızda böyük mədəni siyasi hadisə kimi qeyd edilmişdir.
Böyük mütəfəkkirin anım günündə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəməov, RİH başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri Əli bəy Hüseynzadənin abidəsi önünə gəlmiş, xatirəsini anmış və bura gül-çiçək dəstələri düzərək ehtiramlarını bildirmişlər.