Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə tutduğu vəzifədən azad edilib.
Anakur.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Əhmədzadə 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işləyirdi.